Gözlərin nurunu qoruyan məhsullar

200 ilə yaxın insanlara xidmət edən məşhur Moskva göz xəstəxanasının mütəxəssisləri görməni qorumağa kömək edən məhsulların adını açıqlayıb.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mütəxəssislər gözlərin nurunu qorumaq üçün pəhrizdə narıncı rəngdə olan meyvə və tərəvəzlərin miqdarını artırmağı tövsiyə edirlər.

Bu məhsullar arasında: bibər, kök, xurma, balqabaq və s. Bu məhsullar görməni yaxşılaşdıran lütein maddəsi ilə zəngindir.

Bundan əlavə oftalmoloqlar pəhrizə kələmi və qarabaşağı daxil etməyi tövsiyə edirlər.

Saglamolun.Az