Загрузка...

Prostat vəzinin adenoması - xoşxassəli şişdir

Prostat vəzinin adenoması - prostat vəzinin xoşxassəli şişidir. Buna görə də bu xəstəliyin digər rəsmi adı – prostat vəzinin xoşxassəli hiperplaziyası (boyüməsi).

Prostat vəzinin adenoması kişilər arasında çox yayılmış xəstəlik olub, adətən, yaşı 40-dan yuxarı olan kişilərdə təsadüf edilir.

Prostat vəzinin adenomasının əmələ gəlməsinin əsas səbəbi bu günə qədər hələ də dəqiq müəyyən edilməmişdir. Ancaq xəstəliyin daha çox yaşlı kişilərdə inkişaf etməsini nəzərə alaraq, həkimlər onun əsas səbəbini yaşın artması ilə əlaqədar olaraq, qanda kişi cinsi hormonu olan testosteronun azalması ilə izah edirlər. Bundan başqa, prostat vəzi adenomasının inkişaf etməsinə təsir edə bilən digər faktorlar isə aşağıdakılardır:

- irsiyyət faktoru;

- sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri;

- sidik-cinsiyyət üzvlərinin travmaları;

- oturaq iş və yaşayış tərzi;

- spirtli içkilərin qəbul edilməsi;

- tez-tez baş verən qəbizliklər;

- qaydasız cinsi əlaqələr;

- immunitetin zəifləməsi və s.

Bəs prostat vəzinin adenoması hansı əlamətlərlə özünü büruzə verir? Xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından sikayət edirlər. Oyanandan sonra isə xəstə sidik kisəsini dərhal boşalda bilmir və bir müddət müəyyən qədər güc verməli olur. Bu zaman sidiyin axın sürəti də zəifləmiş olur və arabir hətta kəsilə də bilir.

Xəstəliyin ikinci mərhələsində sidik ifrazı pozğunluqları daha da artmağa başlayır. Sidik ifrazının tezliyi daha da artır, axşamlar xəstə sidik ifrazına bir neçə dəfə durur. Bəzi hallarda sidik ifrazı dayanmış olur və xəstə uzun müddət sidik ifraz edə bilmir. Xəstədə sidik ifrazının əvvəlində və sonunda ağrı olur, aralıq, qasıq, xayalıq nahiyəsində sızıldayan ağrılar, ereksiya və toxum xaricetmə pozğunluqları baş verir.

Prostat vəzinin adenomasının diaqnozun qoyulması kifayət qədər asandır. Artıq ilkin tanışlıq zamanı təcrübəli həkim müayinə olunan şəxsdə adenomanın olması barədə şübhələnə bilər. Sonra barmaqla rektal müayinə aparılır. Arxa (anal) dəlikdən düz bağırsağa daxil olmaqla həkim barmaqla prostat vəzini əlləyir, onun ölçülərini, hüdudlarını, konsistensiyasını müəyyən edir. Xəstəyə həmçinin USM, qan və sidiyin ümumi müayinəsi, qanın prostatspesifik antigenə (PSA) müayinəsi təyin edilir. PSA spesifik zülal olub, səviyyəsinin yüksəldiyi hallarda həkimlər xəstədə prostatit, prostat vəzinin adenoması, həmçinin prostat vəzinin xərçənginin olması barədə düşünə bilərlər. Qanda PSA-nin miqdarının təyin edilməsi çox vacib bir müayinə olub, yaşı 45-dən artıq olan bütün kişilərdə, ildə iki dəfə olmaqla, profilaktik müayinələr zamanı təyin edilməlidir.

Əfsuslar olsun ki, kişilər əksər hallarda, hətta kəskin ağrılar və sidik ifrazı pozğunluqları olduğu halda da həkimə müraciət etməyə tələsmirlər. Bu isə yolverilməzdir! Çünki vaxtında müalicə olunmadığı hallarda prostat vəzinin adenoması bir sıra çox ağır fəsadlara səbəb olur:

- sidik ifrazının kəskin şəkildə dayanması – bu zaman prostat vəzinin adenoması sidik kanalını tam şəkildə bağladığı üçün sidik ifrazı mümkün olmur;

- xroniki sistit və pielonefrit -- sidik kisəsi və böyrəklərin iltihabi zədələnməsi;

- xroniki böyrək çatışmazlığı;

- sidik kisəsində daşların əmələ gəlməsi;

- adenoması olan prostat vəzinin genişlənmiş venoz damarlarından qan axması. Bu hal təcili cərrahi əməliyyat olunmasını tələb edir;

- sidik kisəsi divarının əzələ qatının kəskin şəkildə nazikləşməsi və s.

Bundan başqa, həzm sistemi və həmçinin cinsi funksiyaların pozğunluqları da qeyd edilir.

Prostat vəzinin adenoması müalicəyə tabe olan xəstəlik hesab edilir. Bu halda xəstə müalicə məqsədi ilə tibbi yardım alınması üçün həkimə nə qədər tez müraciət edərsə, xəstəliyin müalicəsi daha yüngül və tez baş verər. Xəstəliyin medikamentoz (dərmanlarla) müalicəsi yalnız ilkin dövrlərdə (xəstə sidiyə sərbəst şəkildə gedə bilir və sidiyin sidik kisəsindən ifrazı tam şəkildə olur) effektiv olur. Xəstəliyin daha gecikmiş formalarında isə həkimlər yalnız cərrahi müdaxilədən istifadə edirlər. Məhz buna görə, sidik ifrazı pozğunluğunun ilkin olaraq baş verdiyi hallarda həkimə müraciət edilməsi çox böyük əhəmiyyətə malikdir.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 noname 18.06.2013 14:07
salam,prostat vezinin ne kimi fesadlari ola biler? uwaq olmuya bilermi?
#2 Administrator 19.06.2013 11:49
Hörmətli oxucumuz!
Çox güman ki, Siz prostatit xəstəliyini nəzərdə tututsunuz. Bəli, prostatit sonsuzluğa səbəb ola bilər.

HƏKİMLƏR

Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика