20 gün müntəzəm balqabaq yedi - İnanılmaz nəticə

Orqanizmə hədsiz faydaları olduğunu öyrənən rusiyalı jurnalist bu narıncı tərəvəzi öz üzərində sınamaq qərarına gəlir.

O, 20 gün ərzində hər gün balqabağı müxtəlif cür yeyir: çiy, bişmiş və s.

Daha çox axşamlar sobada hazırlayaraq qəbul edib.

Saglamolun.Az medicina.az-a istinadən bildirir ki, jurnalist 20 gün sonra baş verən dəyişiklikləri qeyd edib.

1. Çəkidə azalma. Bu günlər ərzində 3,5 kq asanlıqla itirilib. Çünki balqabaqda çox miqdarda lif var və o uzun müddət toxluq yaradır.

2. Dərinin vəziyyəti və rəngi yaxşılaşıb. Balqabaq orqanizmi şlak və toksinlərdən təmizlədiyinə görə dərinin vəziyyəti  yaxşılaşır.

3. Həzm və bağırsağın fəaliyyəti normallaşıb. Köp, qəbizlik, ağırlıqdan əsər-əlamət qalmayıb

4. Görmə yaxşılaşıb - balqabaq A vitaminlə zəngin olduğu üçün, görmədə itiləşmə, aydınlanma realdır.

5. Əsəbləri sakitləşib. Balqabaqda əsəbləri sakitləşdirən maddələr var, həm də insanda həzm yaxşı getdiyi üçün istər-istəməz rahatlıq tapır.

Qadın 2 ay fasilə verdikdən sonra hər səhər balqabaq sıyığını yeməyi sınayacaq.

Saglamolun.Az




loading...

Usaqlıq boynu eroziyası və xərçəngi