Qəhvəyi ləkələrin sirri - Müalicəsi varmı?

Bir çox insanlarda yaş irəlilədikcə əllərin, üzün, qolların dərisində irili-xırdalı qəhvəyi ləkələr yaranır.

Bəziləri bunu yaşlanmanın əlaməti kimi normal qarşılayır, bəziləri isə qorxur, kompleks keçirir və müalicə yolları axtarır.

Medicina.az dəridə tünd qəhvəyi ləkələrin yaranma səbəbləri və müalicə metodlarını təqdim edir.

Bu ləkələr melaninin normadan çox sintezi nəticəsində meydana gəlir. Bu piqment gözlərə, saçlara, dəriyə rəng verir.

Bəs nəyə görə əvvəl ləkəsiz olan dəridə müəyyən zamanda belə ləkələr yaranır?

- Ətraf mühit, iqlim, günəş təsiri - Ultrabənövşəyi şüaların təsiri, solyariy, qaralma melanin sintezini pozur.

- Hormonal disbalans - hamiləlikdə çox qadınlarda bu ləkələr yaranır. Amerika Dermatologiya Akademiyasının məlumatına görə,  hormonal statusun dəyişməsi melanodermiyanın- dəridə həddən artıq çox melaninin toplanmasına səbəb olur.

- Bir çox dərmanların əks-təsiri - adətən qeyri-steroid preparatlar, antibiotiklər, tetrasiklin, psixotrop dərmanlar belə ləkələr yaradır.

- Eləcə də dəri travması, iltihabi proseslərdən sonra da ləkələr qalır. Amma bu ləkələr bir müddətdən sonra gedir.

- Şəkərli diabet - bu xəstələrdə diabetik dermopatiya yaranır.

Həkimlər bildirir ki, ləkərin rəngi, nə dərəcədə tünd olması pasiyentin yaşı və dərisinin tonusundan asılıdır. Əgər ləkə çox tünd deyilsə, 12 ay ərzində itə bilər.

Müayinə və müalicə

Qəhvəyi ləkələr üçün kosmetola yox, dermatoloqa müraciət olunmalıdır. Diaqnostika üçün xüsusi lampa, böyüdücü şüşə, analizlər, testlər istifadə olunur.  Əgər ləkələrin səbəbi ciddi pozulma, xəstəlik deyilsə, sırf estetik həlli üçün dermatoloq ağardıcı kremlər, mazlar, lazer təyin edə bilər. Tünd ləkələrin aradan qaldırılması üçün impulslu işıq lazerindən istifadə olunur.

Mikrodermabraziya - xüsusi aparatla dərinin xarici qatını soymaqla yeni kollagen sintezine nail olub, ləkəni yox etməyə kömək edir.

Krioterapiyada - dərinin üst qatına soyuq maye azotla təsir olunur. Bu zaman dəri yenilənir.

Aptek mazları içərisində isə hidroxinon tərkibli mazlar seçilir ki, bunlar da melanin sintezini azaldır.

Profilaktika üçün yaz aylarından payızın sonuna kimi günəşdən qorunmaq və açıq dəri səthinə SPF kremlər çəkmək, akne, sızanaqlı dərinin mexaniki zədələnməsinin qarşısını alıb, peşəkar dermatoloqda müalicə etmək, keyfiyyətli kosmetika və kremlərdən istifadə lazımdır.

Bəzən tünd ləkəni melanomadan ayırd edə bilmirlər. Çünki dərinin rənginin dəyişməsi dəri xərçənginin də əlaməti ola bilər. Əgər həmin yeri basanda ağrı varsa, ləkənin ətrafı qanayırsa, qaşınırsa, rəngini, ölçüsünü dəyişirsə, mütləq onkoloq dermatoloqa üz tutun.

Saglamolun.Az





loading...

QADINLARIN ORTAQ DƏRDİ - MASTOPATİYA...

HƏKİMLƏR

Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика