Загрузка...

Yüksək təzyiq beyini kiçildir

Kaliforniya Unversiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, yüksək təzyiqdən əziyyət çəkən insanlarda beyin daha sürətlə qocalır.

Hətta cavan hipertoniya xəstələrində yaddaş, məntiqi təfəkkür, informasiyanın mənimsənilməsi xeyli zəiflənmiş olur.

Alimlərin fikrinə görə, yüksək təzyiqdən əziyyət çəkən 50-yaşlı insanın beyini 65 yaşlı insanın beyini kimidir.

Alimlər MRT köməyi ilə hipertoniklərin beyin həcmini ölçüblər. Müayinə göstərib ki, bu kateqoriya insanlarda beyinin ölçüsü sağlam insanlarla müqayisədə 9% kiçikdir.

Alimlər arterial təzyiqinə daim nəzarət etməyi və təzyiqi normada saxlamağı tövsiyə edirlər. Təzyiqin norması 139/89 mm c.st. qədərdir. Daim yüksək təzyiqlə "gəzən" və bu təzyiqi "raboçi" təzyiq hesab edən insanlar öz sağlamlığına ciddi ziyan vurur. Onlarda infarkt və insult kimi ağır pozulmaların riski təzyiqi normada olan insanlarla müqayisədə olduqca çox olur.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика