Qaraciyərinizi xəstəliklərdən qorumaq istəyirsinizsə ...

Qaraciyəri “sıradan çıxartmaq” çətin olsa da bir çox insanlar bunu “bacarır”. İldən ilə bütün dünyada qaraciyər xəstəliklərinin sayı və bu xəstəliklərin səbəbindən ölüm halları artır.

Qaraciyəri xəstəliklərdən qorumaq üçün nə etməli? Əslində bu heç də çətin deyil. Bəzi çox sadə qaydalara əməl etməklə qaraciyəri bir çox xəstəlik və pozulmalardan qorumaq mümkündür.

1. Çəkinizi daim normada saxlayın!

Saglamolun.az bildirir ki, artıq çəki və piylənmə qaraciyəri yükləyir, qaraciyərin piylənməsinə səbəb olur. Qaraciyərin piylənməsi bütün dünyada ən yayılmış qaraciyər xəstəliklərindən biridir. Nəzərinizə çatdıraq ki, simptomsuz inkişaf edən bu xəstəlik sirroz və xərçəngin ilk səbəblərindən biri sayılır.

2. Sağlam qidalanın!

Tərəvəzlər, göyərti, tamdənli bitkilər qaraciyərin sağlamlığı üçün çox faydalıdır. Əksinə isə trans-yağlar, şəkər və sadə karbohidratlar bu orqanın düşmənləridir.

Həmçinin qaraciyərin sağlamlığı üçün kifayət qədər su içmək lazımdır.

3. Spirtli içkilər və siqaretdən imtina edin!

Bəzən KİV-lərdə spirtli içkilərin orqanizm üçün “ziyansız” və hətta “faydalı” dozaları haqqında məlumatları oxuyuruq. Bu cəfəngiyatdır. Spirtin tərkibində olan etanol ən təhlükəli zəhərlərdən biridir. Nəzərə alsaq ki, etanolun parçalanması ilə məhz qaraciyər məşğul olur anlaya bilərik ki, qaraciyər üçün spirtli içkilərin “ziyansız” miqdarı yoxdur və ola da bilməz.

4. Dərmanlarla ehtiyatlı olun!

Hər baş, bel, diş və s. ağrısı zamanı ağrıkəsici içirsiniz, antibiotikləri özünüz özünüzə “təyin edirsiniz”, daim müxtəlif ot dəmləmələri və qida əlavələri qəbul edirsinizsə, bilməlisiniz ki, qaraciyərinizə çox ciddi ziyan vurursunuz.

İstənilən dərmanları və o cümlədən müalicəvi otları, vitaminləri, mineralları və s. yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar.

5. Hepatitlərə qarşı peyvənd vurdurun!

Bu qaraciyəri qorumaq üçün ən etibarlı və asan üsullardan biridir.

6. Kimyəvi maddələrlə ehtiyatlı olun!

Müasir insanların həyatında kimyəvi maddələrin (məişətdə istifadə olunan yuyucu vasitələr, boyalar, kosmetik vasitələr və s.) miqdarı həqqindən artıq çoxdur. Qaraciyərin sağlamlığı üçün bu maddələrin orqanizmə olan təsirini minimuma azaltmaq, onları mümkün qədər təbii vasitələrlə əvəz etmək, bəzilərindən tam imtina etmək lazımdır.    

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

 


Яндекс.Метрика