Alın nahiyəsində qırışların yaş normasından daha artıq dərin olması damarların erkən qocalmasına və bununla da ürək-damar xəstəliyi nəticəsində ölümün riskinin artmasına işarə edir.
Saglamolun.az xəbər verir ki, bu cari ildə Münxendə (Almaniya) keçirilən Avropa Kardioloji Cəmiyyətinin konqresində təqdim olunan araşdırmada təsdiq olunub.
Alimlərin fikrinə görə, sadəcə insanın üzünə baxıb onun ürək və damarlarının vəziyyətini qiymətləndirmək mümkündür. Məhz alın nahiyəsinə qırışlara fikir verilməlidir, digər qırışlara deyil.
Bu nahiyyədə olan damarlar çox nazikdir. Bu damarlarda xolesterin yığıldıqda dərinin qan, oksigen və qidalı maddələrlə təmin olunması pozulur ki, dəri daha tez qocalır və dərin qırışlarla örtülür.
Damarların erkən qocalması prosesi, təbii ki, tək alın nahiyəsini deyil, bütün orqanizmi əhatə edir. Lakin alın nahiyəsində bu, təbii ki, daha aydın görünür.
Xolesterinin damarlarda yığılması damarları qocaldır və zəiflədir ki, bu da ürək-damar sistemi xəstəliklərinin və o cümlədən infarkt və insultun riskini artırır.
Alın nahiyəsində qırışları dərin olan insanlar arterial təzyiqinə, qanda lipidlər və şəkərin səviyyəsini daim nəzarət etməli, fiziki aktivliyini mümkün qədər artırmalı, sağlam qidalanmalıdır.
Saglamolun.Az