Plastik butulkada su içməyin - Bu xəstəliklərə səbəb olur

Bu günün ən mühüm ekoloji problemlərindən biri mikroplastiklərdir. Mikroplastiklər qida zəncirimizə tərəvəz, meyvələrdən tutmuş dəniz məhsullarına qədər bir çox qida ilə daxil olur və piylənmə, diabet, xroniki qaraciyər xəstəlikləri və xərçəngə səbəb olur.

Türk Torakal Dərnəyi Ekoloji Problemlər və Ağciyər Sağlamlığı İşçi Qrupunun başçısı Prof. Dr. Sebahat Gənc bildirib ki, insan sağlamlığı və dünyanın gələcəyi təhlükə altındadır.

“Gündə 2 litr plastik butulkadan su içən insanlar ildə 90.000 plastik hissəcik qəbul etdiyini ehtimal edilir. Ən böyük plastik problem gözə görünməyən və okeanlara, havaya dağılan yüz milyardlarla “mikroplastik”dir. Mikroplastiklər dəniz məhsulları, bal, xörək duzu, şüşə mineral sular kimi qida və içkilərinn tərkibindədir. Mütəmadi olaraq qabıqlı balıqları istehlak edən şəxslərin ildə təxminən 11.000 mikro və yaxud nanoplastik istehlak etdiyi təxmin edilir”,-deyə mütəxəssis qeyd edib.

Professor bildirib ki, mədə-bağırsaq traktından keçən hissəciklər bağırsaq mikrobiomunun tərkibində dəyişikliklərə səbəb olur və bu dəyişikliklər də piylənmə, diabet və xroniki qaraciyər kimi metabolik xəstəliklərə yol açır. Xüsusilə nanoplastikalar xərçəngin əmələ gəlməsində rol oynayan kimyəvi maddələri aktivləşdirə bilər.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) builki mövzusu plastik istehsalı və istifadəsini azaltmaqdır. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) məlumatına görə, plastik tullantılar son 20 ildə dünyada iki dəfə artaraq 2019-cu ildə ildə 353 milyon tona çatıb.

 

medicalmedia.az 

Saglamolun.Az