Belə təsəvvür edin ki, evinizdə və yaxud ofisinizdə əyləşib işləyir və yaxud qəzet oxuyursunuz. Qəflətən başmızda şiddətli ağalar başlayır, bu zaman otağınıza daxil olan hər hansı bir adamdan baş ağasını kəsən analqin tabieti istəyirsiniz. O, isə əllərini yellədib gülərək pəncərənizdə çiçək açan bitkini göstərib deyir: bitkinin yarpağından bir ədəd dərib ovcunun içərisində əzib aldığınız şirədən ağrıyan nahiyəyə sürtsəniz 1-2 dəqiqə keçdikdən sonra başınızın ağası kəsəcək.
Bu qəribə xüsusiyyətə malik - hind soğanı və yaxud quyruqlu quşsüdü bitkisidir. Bitkinin latınca adının mənası «Ornitoqalum», yunanca mənası isə «ornis» (quş) və «qala» (süd) mənasmı bildirir. Otaq bitkisidir. Ondan alman şirə ilə hələ çox qədimlərdə xalq təbabətində bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilmişdir.
Kəskin zökəm zamanı; 1 çay qaşığı hind soğanı şirəsi, 1 çay qaşığı qurudulmuş propolis, 4 xörək qaşığı isti su götürün. Komponentləri bir-biri ilə qarışdırıb zəif od üzərmə qoyub azca qazdırın. Hazır məlhəmdən götürüb bir neçə qatdan ibarət olan tənzifə yaxıb xəstə nahiyəyə kompres qoyun və 30 dəqiqə saxlaym. Əməliyyatı günaşırı təkrar edin.
Soyuqdəymə zamanı bronxial astmanın qarşısını almaq üçün; 3 ədəd aspirin tableti əzib nann hala salıb, üzərinə 1 xörək qaşığı donuz piyi və 1 qaşıq hind soğanı şirəsi əlavə edin. Komponentləri bir-birilə yaxşı-yaxşı qarışdırın. Aldığmız mazdan gecələr ehtiyatla döş nahiyənizə sürtün. Müalicə kursu 10 gündür. Qanaxmalara, qansızmalanna, vərəmə meylli olan xəstələrin mazdan istifadə edən zaman çox ehtiyatlı olmaları məsləhət görülür. Mazdan istifadə edən zaman çalışm ki, ürək nahiyələrindən kənar olsun.
Bronxial astma zamanı; Ən mühüm effekt göstərən vasitə. 3 diş əzilmiş sarımsaq, çay qaşığının 1/4 hissəsi (bir çimdik) qədər toz halında qırmızı istiot və 1 ədəd hind soğanı yarpağı götürün. Komponentləri bir-birilə qarışdırıb üzərinə araq əlavə edin. Sonra qarışığı su hamamında qızdırıb aldığmız sıyıqdan götürüb döş nahiyənizə, ürəyə yaxın getmədən sürtün.
Hind soğanının şirəsindən daxilə qəbul etməyin. Çalışın ki, hind soğanının şirəsi gözünüzə düşməsin. Çünki o dəqiqə gözünüzün selikli qişasını kəskin surətdə qıcılandırmağa başlayacaqdır. Hərgah «quş südündən» gözünüzə azca da olsa düşərsə tez onu ilıq su ilə çoxlu yuyun. Bundan sonra göz damcısından istifadə edib gözünüzü 15 dəqiqə qapalı halda saxlayın. Hərgah siz qərara alsanız ki, hind soğanmı öz otağınızda dibçəkdə əkib-becərəcəksiniz və bitki ilə sizdə yaranan xoşagəlməz xəstəlikləri müalicə edəcəksiniz, onda bir neçə məsləhətə firik verməyi unutmayın.
Hind soğanının preparatlarından hamilə qadınların, xroniki xəstəliklərə, böyrək və qara ciyər xəstəliklərinə tutulanların, uşaqların istifadə etmələri məsləhət görülmür.
Saglamolun.Az