Hamiləliyin 7-ci ayında (25-28-ci həftələr) nə baş verir?

Mama-ginekoloqlar hamiləliyin müddətini son menstruasiyanın ilk günündən hesablayırlar.

Belə hesablama zamanı 1 ay 28 gün və ya 4 həftə götürülür. Beləliklə, 7-ci ay 25-28-ci həftələri əhatə edir. Mama-ginekoloqlar hamiləliyi 9 ay deyil, 10 ay kimi götürürlər. Bəzən belə hesablamalar hamilə qadınları çaşdırır. Bu səbəbdən mama-ginekoloqların hesablamasını əsas kimi götürün.

Hamiləliyin 25-28-ci həftələrində (7-ci ay) nə baş verir?

Uşaqlıq daha da böyüyür ki, bu da qadının daxili orqanlarını sıxır. Nəticədə həzm proseslərində müxtəlif pozulmalar inkişaf edə bilər (qıcıqrma, köp, meteorizm). Bağırsaqlar sıxılır və bir çox qadınarda qəbizlik əmələ gəlir və ya daha da kəskinləşir.

Uşaqlıq yolundan ifrazatlar artıq. Lakin onlar iysiz və şəffaf olmalı, qadına heç bir narahatçılıq (qaşınma, yandırma hissi) verməməlidir. Əks halda həkimə müraciət edin.

Damar və kapilyarların divarları hormonal dəyişikliklər nəticəsində zəifləyir ki, bu da burun və damaqların qanaxmalarına, ayaqlarda varikozun inkişafına səbəb ola bilər. Varikozun inkişafının qarşısını almaq üçün həkimlə məsləhətləşdikdən sonra xüsusi kolqot və ya corab taxın, ayaq üstə daha az vaxt keçirin, uzananda ayaqlarınızın altına yastıq qoyun.

Bəzi qadınlarda babasil inkişaf edə bilər. Qidalanmanıza fikir verin, qəbizliyin qarşısını alın. Babasilin simptomları əmələ gəldikdə (anal nahiyəsində qaşınma, qanlı ifrazatlar, yad cismin olması hissi, düyünlər) mütləq bu haqda sizə nəzarət edən həkimə məlumat verin.

Ayaqlarda spazmlar və qıcolmalar ola bilər. Bu o cümlədən orqanizmdən kalsiumun yuyulması ilə bağlıdır. Qidalanmanızda süd məhsullarının miqdarını artırır.

Qadınları bel ağrıları narahat edə bilər. Bu da təbii haldır və uşaqlığın böyüməsi ilə bağlıdır. Lakin ağrılar çox şiddətlidirsə, mütləq həkimə müraciət edin. Heç bir halda bel üstə yatmayın. Araşdırmalar göstərib ki, bel üstə yatan qadınlarda uşağın ölü doğulması riski artmış olur.

Bir çox qadınlar nəfəsalmanın çətinləşməsindən şikayət edir. Bu da fizioloji haldır. Uşaqlıq diafraqmanı sıxır ki, ürəyin normal işləməsi çətinləşir.

Qarın və döş nahiyəslərində dəridə qaşınma, quruluq, çatlar (striyalar) əmələ gəlir. Dərini xüsusi kremlərin köməyi ilə nəmləndirin.  

Hamiləliyin 7-ci ayının sonunda uşağın çəkisi təxminən 1 kq, uzunluğu 35 sm çatır.

Uşaq çox hərəkət edir. Onun demək olar bütün orqan və sistemləri formalaşıb, dərialtı piy əmələ gəlməyə başlayır.

28-ci həftədən sonra doğuş baş verərsə buna artıq dölsalma deyil, erkən doğuş deyilir.

Hamiləliyin 7-ci ayında qadında hestoz inkişaf edə bilər. Bu patoloji hal ödemlər, arterial təzyiqinin artması və sidikdə zülalın əmələ gəlməsi ilə müşayiət olunur. Hestoz həm ana, həm də uşaq üçün çox ciddi təhlükə yaradır. Hestoz mütləq müalicə olunmalıdır.  

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

 


Яндекс.Метрика