Mütəxəssislərin rəyinə əsasən, anaların yalnız bir neçə faizi (təxminən 1-5%), onların orqanizmində olan müxtəlif pozulmalara görə öz körpələrini ana südü ilə qidalandıra bilmirlər.
Qadınların qalan hissəsi isə (yəni əksəriyyəti) bunu bacarırlar. Əgər anada südün miqdarında və uşağın doyunca əmizdirilməsində müəyyən problemlər yaranırsa, bunun səbəbi heç də ananın “südsüz” olmasında deyil. Əksər hallarda bunun əsl səbəbi, ananın öz körpəsinin əmizdirilməsini düzgün tənzimləyə bilməməsidir.
Bir çox hallarda doğuşdan sonrakı 1-ci gün ərzində ananın döşləri yumşaq və sanki boş olur. İlkin süd, adətən, az miqdarda xaric olur. Bəzi qadınlarda ilkin süd nisbətən çox hazırlanır və hətta öz-özünə axır, digərləri isə hətta südün bir damcısını döşdən sıxa bimir. Lakin bu əlamətlər heç də döşdə olan ilkin südün həqiqi midarı və həmçinin, gələcəkdə hazırlanacaq südün həcmi barədə dəqiq məlumat vermir.
Doğulduğu ilk günlərdə körpə yalnız ilkin süd almalıdır (su, müxtəlif uşaq çayları, süyüd suyu, əmzik və s. yox!)! Bu həm körpənin sağlamlığı, həm də onun əmizdirilməsi prosesinin formalaşması üçün çox vacibdir. Həftənin ilk günlərində ana orqanizmində uşağın əmizdirilməsi “mexanizmi” işə salınaraq nizamlanmağa başlanır. Yadda saxlamaq lazımdır ki, uşaqların ana südü ilə qidalandırımasının sonrakı dörlərdə də müvəffəqiyyətlə aparılması, məhz bu ilk günlərdə onların düzgün qidalandırılmasından asılıdır.
Doğuşdan sonrakı ilk günlərdə və hətta ilk həftələrdə uşaqların əksəriyyəti uzun müddət ərzində oyanmadan yatırlar. Bu halda ana uşağın istəməsini gözləmədən onu əmizdirməlidir. Gündüz saatlarında əmizdirmələr arasında ana və körpə üçün zərərli olmayan ən uzun fasilə 2 saat ola bilər.
Körpənizə daim nəzarət edin. Əgər o, fasiləsiz olaraq 2 saatdan artıq yatırsa, mütləq onun yanında olun. Körpənizin hərəkət etməyə başladığını görən kimi onu qucağınıza götürün, tumarlayın, onunla ”danışın” ki, oyansın.
Uşağı lazım olduğundan artıq geyindirməyin və bükməyin. Körpə uşağı böyük adamın geyindiyindən yalnız 1 qat artıq geyindirin. Qeyri-adekvat geyindirilmiş uşaq lazım olandan artıq yatır və bu səbəbdən əmizdirilmələri "buraxır". Əmizdirilmə zamanı ana uşağın boynunu yoxlamalıdır - uşaq tərlədikdə onu daha artıq soyundurmaq lazımdır. Uşağa həddən artıq isti olduqda, o, döşdən imtina edə bilər.
Körpənin ana südü ilə əmizdirilməsinin ilk günlərindən başlayaraq qadın orqanizmi uşağa lazım olan qədər süd hasil olunması prosesinə uyğunlaşır. Yadda saxlamaq lazımdır ki, əmizdirmələr arasında böyük fasilələrin verilməsi süd hasilatının azalmasına səbəb olur.
Adətən, həyatının 2-ci həftəsindən sonra, hətta ən “tənbəl” körpələr də sanki “oyanaraq” daha tez-tez əmizdirilmələrini “tələb edirlər”.
Saglamolun.Az