Bağırsaq niyə TƏNBƏLLƏŞİR? 5 ən yayılmış səbəb

“Tənbəl bağırsaq” sindromu termini həzm proseslərinin və bağırsağın boşalmasının ləngiməsi deməkdir.

Mütəxəssislərin müşahidələrinə görə, müasir insanların əhəmiyyətli hissəsi bu sindromdan əziyyət çəkir.

Bu pozulması olan insanlarda qəbizlik, defekasiya zamanı nəcisin az olması, qarında daim köp, ağırlıq və ağrılar, ürəkbulanması kimi simptomlar meydana çıxır.

Tənbəl bağırsaq sindromundan əziyyət çəkənlərdə tez-tez babasil, ana çatı kimi fəsadlar inkişaf edir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mütəxəssislər tənbəl bağırsağın əsas səbəblərini  sadalayıb:

1. Bağırsaqlarda bitişmələr, şişlər.

2. Qəbizlik əleyhinə dərmanların müntəzəm olaraq istifadəsi. Belə dərmanları yalnız nadir hallarda istifadə etmək olar. Qəbizlik əleyhinə dərmanlardan sui-istifadə asılılıq yaradır ki, insan onlarsız defekasiya edə bilmir.

3. Az su içmək. Suyun normal miqdarda qəbulu bağırsağın normal fəaliyyətinin əsas şərtidir. Gün ərzində 1 l təmiz, qazsız və mümkün qədər qaynadılmamış (yəni filtrdən keçirilmiş, təmizlənmiş) su içilməlidir.

4. Qidalanmada qidalı liflərin az olması. Qidalı liflər bağırsaqların “süpürgə”sidir. Meyvə, tərəvəz, göyərti, paxlalılar yeməyən və ya az yeyən insanın bağırsağı tənbəlləşməyə meyllidir.

5. Qalxanvari vəzi xəstəliyi hipotireoz. Bu xəstəlik zamanı orqanizmdə gedən bütün proseslər və o cümlədən həzm prosesləri ləngiyir, xroniki, çətin müalicə olunan qəbizlik inkişaf edir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...