Nə üçün hər gün 100-200 qr çuğundur yeməliyik? - VİDEO

Ən ucuz və sadə tərəvəzlərdən biri olan çuğundur eyni zamanda ən faydalı tərəvəz sayıla bilər.

Mütəxəssislər çuğundurun orqanizmə olan təsirini araşdırıb belə nəticəyə gəliblər ki:

- Çuğundurun tərkibində olan betanin orqanizmin hüceyrələrini iltihabdan qoruyur və bununla da bir çox xroniki xəstəliklərin və o cümlədən xərçəngin riskini xeyli azaldır.

- Həmçinin betanin qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

- Sink və selenlə zəngin olan çuğundur imun sisteminə müsbət təsir edir.

- Selen qalxanvari vəzinin (zob) normal fəaliyyəti üçün ən vacib maddələrdən biri sayılır. Bu səbəbdən qalxanvari vəzi problemləri olanlar da mütləq çuğundur yeməlidir.

- Çuğundur təzyiqi normada saxlamağa kömək edir.  

- Çuğundurun tərkibində olan nitratlar beyinin fəaliyyətini yaxşılaşdırır.

- Çuğundur arıqlamağa kömək edir, orqanizmdə piylərin yandırılmasını sürətləndirir.

Sağlamolun.az xəbər verir ki, diyetoloqlar hər gün 100-200 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər.

Saglamolun.Az