COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 768 502 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib, aktiv xəstə sayı 9 362 nəfərdir.

Ölkədə son sutka ərzində 8 865, hazırkı dövrədək isə 6 563 829 test aparılıb.

Saglamolun.Az