Uşaqlığın ölçüləri sürətlə böyüyür və bu da qarının daha tez böyüməsinə səbəb olur.
Qanın maye hissəsi olan plazmanın miqdarı artır ki, nəticədə qan hüceyrələrinin (o cümlədən eritrositlərin və onların tərkib hissəsi olan hemoqlobinin) nisbi miqdarı azalır. Nəticədə hamiləliklə bağlı olan fizioloji anemiya inkişaf edir. Bu normal haldır. Lakin hər halda həkimin nəzarəti zəruridir. Lazım olduqda həkim sizə dəmir preparatları təyin edə bilər ki, fizioloji anemiya daha sonra həqiqi (patoloji) anemiyaya keçməsin. Həqiqi anemiya hamiləlik zamanı həm ana, həm körpə üçün təhlükəlidir.
5-ci ayda oynaqlar və bağlar progesteronun təsirindən zəifləməyə başlayır (bu doğuş üçün vacibdir). Bu isə bel və digər yerlərdə ağrılara səbəb ola bilər.
Hamiləliyin 5-ci ayında dölün sümük və əzələləri sürətlə inkişaf edir ki, qadın rasionunda kalsiumla zəngin olan qidaların (xüsusilə süd məhsulları) miqdarını artırmalıdır.
5-ci ayın sonunda dölün çəkisi 500 qr, uzunluğu isə 30 sm təşkil edir.
Hamiləliyin 18-20-ci həftələrində ana ilk dəfə dölün tərpənməsini hiss edir. İlk hamiləlik zamanı bu adətən 20-ci həftəsində, növbəti hamiləliklərdə isə 18-ci həftəsində baş verir. Bu hərəkətlər əvvəl çox zəif olur, bağırsaq qazların hərəkətinə bənzəyir.
Adətən ana hərəkət edəndə dölün hərəkətlərini hiss etmir, dincələndə isə hiss etməyə başlayır. Hərəkətlər çox intensiz və ya əksinə çox zəifdirsə, mütləq bu haqda həkiminizə xəbər verir.
Çox arıq qadın dölün tərpənməsini 18-ci həftədən tez, kök qadın isə 20-ci həftədən sonra hiss edə bilər. Lakin əgər siz 20-ci həftəsində dölün tərpənməsini hiss etmirsinizsə, həkimin müayinəsindən keçmək lazımdır.
Hamiləliyin 5-ci ayında qadını dəri qaşınması narahat edə bilər. Çəki tez artır, dəri dartınır və bu da qaşınmaya səbəb olur. Qaşınma sizi çox narahat edirsə, həkimə müraciət edin.
Bir çox qadınlarda 5-ci ayda süd vəzilərindən sarıtıl maye ifraz olunmağa başlayır. Bu ilkin süddür ("molozivo"). Bu normal haldır. Lakin südü sıxmayın ki, bu oksitosin hormonunun ifrazının artmasına səbəb olacaq. Oksitosinin ifrazı uşaqlığın yığılmasına gətirib çıxardacaq. Bu isə çox təhlükəlidir.
Hamiləliyin əvvəlindən 5-ci ayının sonuna qədər qadın 3-5 kq çəki yığmalıdır.
Saglamolun.Az