İstehlakçılar arasında ən populyar çörək növü əla növ undan hazırlanmış ağ çörəkdir.
Lakin diyetoloqların fikrinə görə, bu çörək növü insan orqanizmi üçün ən ziyanlıdır.
Britaniya kardioloqu Uilyam Devis sübut edir ki, hal hazırda ağ çörəyi genləri dəyişdirilmiş hibrid buğdadan hazırlayırlar. Bu isə çox ziyanlıdır və belə çğrəyin daim istehlakı gələcəkdə gözlənilməz təhlükəli nəticələr verə bilər.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, amerikalı həkim-ekspert Endrü Rubman da ağ çörəyin istehlakını sağlamlıq üçün olduqca ziyanlı hesab edir. Bu xüsusilə diabet xəstəliyinə genetik meyli olan insanlara aiddir.
Bundan əlavə ekspertin sözlərinə görə, istehsalçılar ağ çörəyin tərkibinə onu daha dadlı və yumşaq etmək üçün müxtəlif kimyəvi maddələri əlavə edirlər. Bu isə çörəyi daha da ziyanlı edir.
ABŞ-da aparılmış araşdırma göstərib ki, ağ çörəyin daim istehlakı immun sisteminə mənfi təsir edir. Həmçinin Journal of Cancer nəşrinin məlumatına görə, ağ çörəyin müntəzəm olaraq istehlakı xərçəng xəstəliyinin riskini artırır.
Bütün bunları nəzərə alaraq mütəxəssislər ağ buğda çörəyinin əvəzinə çovdar unundan hazırlanmış çörəyi istehlak etməyi tövsiyə edirlər.
Saglamolun.Az