Qaraciyər unikal orqandır və orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar yerinə yetirir. Xalq təbabətində qaraciyərin sağlamlığı üçün müxtəlif bitki çayları mövcuddur.
Sağlamolun.az qaraciyərə faydalı olan 3 bitkini təqdim edir:
Nanə
1 stəkan qaynar su və 5 q nanə yarpağı 15 dəqiqə dəmləyin. Hər 3 saatdan bir 1 yemək qaşığı için. Nanə zəhərlənmə üçün son dərəcə faydalıdır, qaraciyərin zəhərli maddələrdən təmizlənməsinə kömək edəcəkdir.
Qalendula
Qalendula qaraciyərdə metabolik prosesləri sürətləndirəcək, ifrazat funksiyasını yaxşılaşdıracaq və safra istehsalı prosesini gücləndirəcəkdir. 1l Qaynar suya 2 x.q. çiçək töküb 1 saat buraxın, sonra süzün. Gündə 4 dəfə yarım stəkan şəfalı içki kimi qəbul edin .
Çobanyastığı
1 xörək qaşığı quru çobanyastığının üzərinə 1l qaynar su töküb 20 dəqiqə buraxın. Səhər və axşam yarım stəkan süzün və için. Çobanyastığı qaraciyərdə ağrılara yaxşı kömək edir, spazmı tez aradan qaldırır və bütün bədənə sakitləşdirici təsir göstərir.
Saglamolun.Az