Загрузка...

Xolangit - öd axarlarının iltihabı

Öd həzm proseslərində olduqca böyük rol oynayır. Öd sarı-yaşıl rəngdə olan acı mayedir.

Ödü qara ciyər istehsal edir. Daha sonra öd öd axarları ilə öd kisəsinə düşür və burada yığılır. Öd kisəsi 12 barmaq bağırsağına açılır. Lazım olduqda öd kisəsi ödü 12 barmaq bağırsağına atır və burada öd yağların həzmində iştirak edir.

Xolangit zamanı öd axarlarında iltihab yaranır. Xəstəlik əksər hallarda hər hansı öd və ya qara ciyərin digər xəstəliyinin (öd daşı xəstəliyi, xolesistit, öd yolları, öd kisəsi və qara ciyərin onkoloji xəstəlikləri və s.) ağırlaşması olur. Xolangitin səbəbi həmçinin parazitlər (qurdlar) də ola bilər.

Xolangit mütləq müalicə olunmalıdır. Müalicəsiz buraxılmış xolangit ağır fəsadlara və hətta ölümə səbəb ola bilər.

Xolangitin növləri və simptomları

- Kəskin xolangit qəflətən başlayır. Hərarət kəskin 38-40 C kimi qalxır. Sağ qabırğaaltı nahiyəsində ağrılar əmələ gəlir, ağrılar sağ çiyinə, boyuna və sağ kürəyə yayıla bilər. Xəstədə intoksikasiya simptomları inkişaf edir: baş ağrısı, halsızlıq, iştahasızlıq, ürəkbulanması, qusma və s. Daha sonra sarılıq inkişaf edir (dəri və göz almaları saralır). Xəstədə dərinin qaşınması kimi simptom inkişaf edir, qaşınma gecələr artır və xəstənin normal yuxusuna mane olur.

- Xroniki xolangit tədricən inkişaf edir. Sağ qabırğaaltı nahiyəsində küt zəif ağrılar olur, qarının yuxarı hissəsində diskomfort, şişmə hissi yaranır. Sarılıq daha gec, xəstəliyin gecikmiş mərhələlərində inkişaf edir.  Xəstəni ümumi zəiflik, yorğunluq, hərarətin 38 C kimi qalxması narahat edə bilər.

- Sklerozlu xolangit nadir autoimmun xəstəlikdir. Bu xəstəlik zamanı öd axarlarında iltihab yaranır ki, tədricən öd axarları qapanır və xəstədə qara ciyər sirrozu inkişaf edir. Xəstəliyin simptomları kəskin və xroniki xolangitdə olduğu kimidir.

Xolangitin müalicəsi

Xəstəliyin mərhələsindən asılı olaraq müalicə dərmanlar vasitəsilə və ya cərrahi üsulla aparıla bilər.

Axarlarda ödün axmasına mane olan mexaniki maneələr yoxdursa, xəstəyə dərmanlar təyin olunur. İltihabın müalicəsi üçün antibiotiklər istifadə olunur. Həmçinin xəstəyə ödqovucu preparatlar, spazmolitiklər, fermentlər, ağrılar zamanı - ağrısızlaşdıran preparatlar təyin oluna bilər. Xroniki xolangit zamanı fizioterapiyadan da istifadə olunur.

Dərmanlar kömək etmədikdə və ya öd axarlarında ödün axmasına mane olan mexaniki maneələr olduqda, xolangit cərrahi üsullarla müalicə olunur. Hal hazırda xolangitin cərrahi müalicəsində endoskopik üsullar istifadə olunur. Kiçik kəsiklərdən daxil olmaqla cərrah öd yolları təmizləyir, daralmasını aradan qaldırır, orada yığılan daşları xaric edir. Belə əməliyyatlar zamanı xəstə az qan itirir, bərpa dövrü daha qısa olur.

Digər mədə-bağırsaq sistemi xəstəliklərində olduğu kimi, xolangit zamanı da xəstə müəyyən pəhriz saxlamalıdır. Xəstə gündə 5-6 dəfə kiçik miqdarlarda qida qəbul etməlidir. Qidalanmaların arasında uzun fasilələr olmamalıdır (4 saatan artıq olmayaraq) - bu ödün durğunluğuna səbəb olur ki, bu da xolangitin gedişatını daha da ağırlaşdırır.

Soyuq qida və içkilər xəstələr üçün əks-göstərişdir. Bütün qidalar suda və ya buğda bişirilməlidir, çox yağlı, qızardılmış, hisə verilmiş qidalar, konserv, təzə çörək, mayalı un məmulatları, yağlı kremlə olan tortlar, qazlı içkilər, göbələk, xardal, soğan, sarımsaq, noxud, lobya, bəzi ədviyyatlar xəstələr üçün əks-göstəriş sayılır.

Xəstəliyin kəskin dövründə aclıq göstərişdir.

Fiziki aktivlik də belə xəstələ üçün çox vacibdir.


Saglamolun.Az

.
Загрузка...
. .

.

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика