Загрузка...

Soyuğa qarşı allergiya

Bir çox insanlar qışı, soyuq havanı, qarı xoşlayır. Lakin digərlərinə soyuq hava heç bir sevinc gətirmir.

Söhbət soyuğa qarşı allergiyası olan insanlardan gedir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu  dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar uzun müddət ərzində həkimləri "gəzir", lazım olmayan müalicələr alırlar.

Soyuq tibbi elmində yalnız bu yaxınlarda allergen kimi qəbul olunmağa başladı. Soyuğa qarşı olan allergiyanı həkimlər daha tez-tez hallarda allergiya yox, "psevdoallergiya" adlandırırlar. Adətən "allergen" dedikdə biz müxtəlif maddələri (toz, yun, heyvanların tükü, bitkilərin tozcuqları, bəzi qidalar və s.) nəzərdə tuturuq. Lakin soyuq "maddə" deyil. Onda niyə soyuq allergik reaksiyalara səbəb olur? Həkimlərin fikirinə görə, soyuq insan orqanizmində müəyyən prosesləri "qoşur" ki, nəticədə allergiyaya bənzər reaksiya inkişaf edir.

Soyuğa qarşı allergiyası olan insanlarda zökəm, burunun tutulması, asqırma baş verir. Lakin isti yərdə bu simptomlar birdən itir və insan sanki "sağalır". Əgər Siz özünüzdə bu kimi simptomları müşahidə etmisinizsə, bu soyuğa qarşı allergiya ola bilər.

Bu allergiya növünün digər simptomu insanın dərisində inkişaf edən müxtəlif pozulmalardır - dəri səpir, qaşınır, quruyur, qabıq verir, onun üzərində açıq və ya tünd qırmızı ləkələr, çatlar əmələ gəlir. Ağır vəziyətlərdə dəri ödemləşə bilər. Bu adətən dərinin açıq hissələrində (əllər, üz, qulaqlar) baş verir. Bəzən isə dizlərin və budların iç hissəsinin dərisi də zədələnir. Bu soyuğun təsirindən inkişaf edən dermatitdir.

Belə dermatit kompleks şəkildə müalicə olunmalıdır. Müalicə zamanı periferik qan dövranını yaxşılaşdıran preparatlar, vitamınlər, antihistamin preparatlar və s. istifadə olunur. Agır vəziyyətlərdə həkim müəyyən hormon preparatları təyin edə bilər.

Qış aylarında çölə çıxdıqdan əvvəl dərinin açıq hissələrinə xüsusi kriokremlər (apteklərdə satılır) çəkmək, havaya uyğun geyinmək lazımdır.

Bəzi insanlarda soyuq havada dodaqların dərisi qızarır, dodaqlar çatlayır, qabıq verir, dodaqların qıraqlarında yaralar əmələ gəlir. Bu da soyuğa qarşı allergiyanın əlamətidir. Əgər Sizdə belə simptomlar inkişaf edirsə, profilaktik olaraq evdən çıxdıqdan əvvəl dodaqlara gigiyenik dodaq boyasını və ya kriokrem çəkin. Vəziyyət ağırlaşdıqda həkimə müraciət edin. Lazım olduqda həkim xüsusi müalicə təyin edə bilər - vitamin preparatları, antihistamin preparatlar və s.

Nadir hallarda olsa da soyuq hətta ən ağır allergik reaksiyası sayılan anafilaktik şokun səbəbi ola bilər. Bu güclü soyuqlama nəticəsində baş verə bilər. İnsanın arterial təzyigi kəskin düşür, nəfəsalma çətinləşir, bayılma ola bilər. Bu halda lazım olan tibbi yardım göstərilməzsə, insan məhv ola bilər.

Soyuğa qarşı alleryiyası olan insanlara kriosaunadan (arıqlamaq və digər müalicəvi məqsədlərlə istifadə olunan prosedura) istifadə etmək olmaz. Əks halda insanda hətta anafilaktik şok inkişaf edə bilər.

Bütün digər allergiya növləri kimi soyuğa qarşı allergiya insanlarda daha tez-tez hallarda immunitetin zəifləməsi zamanı inkişaf edir. Bu səbəbdən profilaktik məqsədi ilə daim immunitetinizi möhkəmləndirin. Bunun üçün düzgün qidalanın, kifayət qədər yatın və dincəlin, stres vəziyyətlərindən uzaq olun, idmanla məşğul olun, tez-tez havada olun, orqanizminizdə olan xroniki infeksiya ocaqlarını (karies, haymorit və s.) vaxtında və düzgün müalicə edin.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 qaraqanadli_melek 17.09.2014 18:16
salam men her ilin oktyabr noyabr aylari ve dekabrin 15 ne geder sezon alerqiyasindan (toza qarsi) eziyyet cekirem. hansi dermanlari istifade ede bilerem hekim allerqodil ve bir nece tabletka meslehet gorub istifade etsemde komek etmir ve bronxlarima tesir edir ne meslehet gore bilersiniz?'
#2 Administrator 18.09.2014 04:53
Müalicə təsir etmirsə, bu haqda öz müalicə həkiminizə (allerqoloqa) məlumat verin. Həkim digər daha təsirli müalicə seçəcək.
Allah şəfa versin!
#3 Administrator 24.09.2015 17:55
Цитирую zehra:
Salam. sizdən bir şey haqqında məlumat almaq istərdim. Hər səhər məndə grip kimi burun tutulur hətda giripin ilkin günündə olduğu kimi axır burnum. Hərdən gecələr asqıraraq dururuam burnum yenə axır. Ən çox səhər durarkən olur məndə və yay fəslində amma fikir verirəm getdikcə artır. Bu allergiyadırmı?


Allergiyaya oxşayır. Yuna və tükə allergiya ola bilər. Bir müddət yun döşəkdən və tük yastıqdan imtina edin və nəticəyə baxın.
Allerqoloqa müraciət edin. Allah şəfa versin!

Загрузка...

HƏKİMLƏR

Leyla Məmmədli

Leyla Məmmədli

Ginekologiya

Mama-ginekoloq İş stajı - 11 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика