Yatmazdan qabaq bu bitki çayını için – sakitləşdirir, qaraciyəri təmizləyir…

Çobanyastığı ən populyar müalicəvi bitkilərdən biridir. Bunun səbəbi çobanyastığının geniş müalicəvi xüsusiyyətləridir.

Saglamolun.az sizi çobanyastığının faydaları ilə tanış edir:

- baş və miqren ağrılarını, qarında spazmları azaldır

- soyuqdəymə zamanı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir

- qaraciyəri təmizləyir və ağır, yağlı qıdaların qaraciyərə olan ziyanını azaldır (məhz bu səbəbdən yağlı yeməklərdən sonra çobanyastığı içməyi tövsiyə edirlər)

- sidik yollarını təmizləyir

- orqanizmi ziyanlı maddələrdən təmizləyir

- qastrit zamanı kömək edir

- sakitləşdirir, yuxunu tənzimləyir

Çobanyastığı çayını dəmləmək üçün 1 ç.q quru çobanyastığı 1 fincan qaynar suda adi çay kimi dəmləyin, 15 dəqiqədən sonra süzün və bal əlavə edib yatmazdan qabaq için.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar