Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var. Bu onunla əlaqədardır ki, ölkədə az sayda xəstəxanalarda böyrək köçürmə əməliyyatı keçirilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən bu cür xəstəxanaların sayının artırılması istiqamətində iş aparılır.
“Bu sahədə mütəxəssis çatışmazlığı var idi. Lakin bir neçə qrup həkim-mütəxəssislər transplantasiya prosedurunu tam mənimsəmək üçün Türkiyəyə göndərilib”, - deyə o qeyd edib.
Saglamolun.Az