Qədim hamiləlik testi: Uşağın cinsiyyəti də dəqiq bilinir!

Qədim misirlilər hamiləlik testləri üçün material olaraq dənli bitkilərdən, xüsusilə, arpa və buğdanı istifadə edirmişlər.

Sağlamolun.az misirlilərin üsulunu təqdim edir:


İki torba götürülürdü - biri arpa ilə, digəri isə buğda ilə doldurulurdu.
Hamiləliyi yoxlanılan qadının sidiyi hər iki torbaya əlavə edilirdi. Əgər hansısa torbalardan birində cücərti olurdusa, deməli qadın hamilǝdir...


Ən təəccüblüsü isə doğulacaq uşağın oğlan və ya qız olmasının dəqiq proqnozu idi: əgər sidiklə təmas zamanı arpa cücərirdisə, uşaq oğlan, buğda cücərirdisə, qız doğulacaqdı.


1963-cü ildə aparılan araşdırma zamanı qədim misirlilərin sözügedən hamiləlik testinin təxminən 70 % etibarlı nəticələr verdiyi aşkar edilib. Cinsin təyini isə nadir hallarda səhv ola bilərdi.

Saglamolun.Az