İnsanı 10 yaş cavanlaşdıran qidalar açıqlandı

Tibb işçiləri insanı 10 yaş cavanlaşdıra biləcək məhsulları açıqlayıb. Mütəxəssislər əmindir ki, düzgün seçilmiş qida rasionu gözəllik və sağlamlığın rəhndir.

Qafqazinfo.az xəbər verir ki, ekspertlər cavanlaşmaya kömək edən səkkiz məhsulun adını açıqlayıb. Bir qayda olaraq, onların hamısının tərkibində faydalı mikroelementlər var. Siyahıda ilk yeri tünd şokolad tutub. O, dərinin vəziyyətində yaxşı təsir edən flavonoid və antioksidantlarla zəngidir. İkinci yerdə tərkibində polifenollar olan yaşıl çay qərarlaşıb.

Bundan əlavə, mütəxəssilər hesab edir ki, kofe də orqanizmin vəziyyətinə müsbət təsir göstərə bilər. Onların sözlərinə görə, onun tərkibində olan birləşmələr dərini melanomadan qorumaqda kömək ola bilər. Lakin, tibb işçiləri qeyd edir ki, burada içkinin keyfiyyəti böyük önəm kəsb edir.

Ekspertlər deyir ki, cavanlığını qorumaq istəyənlər avokado, pomidor, qara qarağat və qarpıza üstünlük verməlidir.

Avokado sellüloz, kalium və yağ turşuları ilə, pomidor isə likopinlə zəngindir.Bütün bu maddələr ürək-damar sistemini möhkəm və cavan saxlamağa yardım edir.

Qara qarağat C vitamini və bir çox minerallarla zəngindir. C vitamini damarları möhkəmləndirir, kollagenin sintezini sürətləndirir. Kollagen dərimizi daha dartılmış və cavan edir.

Həmçinin mütəxəssislərin fikrinə görə, rasiona yağlı balıq əlavə etmək lazımdır. Yağlı balıq ürək-damar sistemini qoruyur.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Afaq Səfərova

Afaq Səfərova

Pediatriya

Pediatr Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика