Könül Kərimova ölümlə ÜZ-ÜZƏ qaldı

Əməkdar artist Könül Kərimova koronavirusa yoluxub.

Bu barədə instaqramda məlumat verən müğənni xəstəliyi ağır keçirtdiyini qeyd edib. O, bildirib ki, səhhəti artıq yaxşılaşıb: “Yəqin ki, neçə vaxtdır mənə görə çox narahat idiniz. Bəli, narahat olmağa dəyərdi... Allahın bu gününə şox şükür! İndi sağ-salamatam. Dostlar, mən 16 gün evdə COVID-19 xəstəliyindən əziyyət çəkərək yatırdım. Hamı kimi məndən də yan keçmədi bu virus! Ciddi qəbul etmədiyimə görə ölümlə üz-üzə qalmalı oldum. İndi yaxşıyam, həkimlər məni həyata qaytardı”./Publika.az

Saglamolun.Az