Adi kartofun sağlamlığa inanılmaz faydaları - təzyiqi salır, beyini inkişaf etdirir ...

Müasir elm kartofu ən faydalı tərəvəzlərdən biri hesab edir.

Kartof insan sağlamlığı üçün vacib olan bir çox qiymətli maddələrlə zəngindir.

Saglamolun.az sizi kartofun faydalı xüsusiyyətləri ilə tanış edir.  

1. Flavonoid, karotinoid, fenol turşuları ilə zəngin olan kartof orqanizmə güclü antioksidant təsir edir. Elmi araşdırmalar göstərib ki, bu maddələr qaraciyər və yoğun bağırsaqda xərçəng hüceyrələrinin  artmasının qarşısını alır. Qırmız kartof ağ kartofla müqayisədə daha güclü xərçəng əleyhinə təsirə sahibdir.

2. Kartof beyinin inkişafına güclü təsir edən və beyinin sağlamlığını qoruyan B6 vitamini ilə zəngindir.

3. Kartofun tərkibində olan nişasta orqanizmə yaxşı əhval və yuxu üçün vacib olan hormonların (serotonin, melatonin, noradrenalin) ifrazını stimullaşdırır.

4. Kaliumla zəngin olan kartof arterial təzyiqi tənzimləməyə yardım edir və ürək əzələsini qoruyur.

5. Kartof dəri üçün də çox faydalı məhsuldur. Dərini daha cavan və sağlam edir.

6. Kartof arıqlamağa kömək edir.

Mütəxəssislər kartofu sobada və ya suda bişirilmiş halda yeməyi tövsiyə edirlər. Bişirdikdən əvvəl kartofun qabığını soymayın və qabıqlı yeməyə çalışın. Kartofun qabığı bir çox qiymətli maddələrlə zəngindir.  

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 10 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

 


Яндекс.Метрика