Böyrək xərçəngində şüa müalicəsi - Həkim aydınlıq gətirdi! - VİDEO

 

Ümumdünya Böyrək Günü hər il mart ayının ikinci cümə axşamı günü qeyd edilir. Bu gün, sağlam böyrəklərin səhhətimiz üçün əhəmiyyəti haqqında məlumatlılığı artıran beynəlxalq kampaniyadır.

Bu gün bütün dünyada keçirilən tədbirlər, konfranslar böyrək xəstəliklərində risk faktorları və profilaktik davranışlara diqqət yetirən maarifləndirmə xarakteri daşiyir.

Sağlamolun.az xəbər verir ki, Beynəlxalq Böyrək Günü münasibətilə  Səhiyyə TV-nin “Sağlam Səhhət” verilişinin qonağı Uroloq Elbəyi Daşdəmirli böyrəkdə aşkar olunan onkoloji xəstəliklərin müalicə üsullarindan danışıb.

Həmçinin, uroloq böyrək xərçənginin sağalma ehtimalıni da vurğulayıb.

E.Daşdəmirli bildirib ki, sağlamlığı nəzarətdə saxlamaq üçün ildə bir dəfə ultrasəs müayinədən keçmək vacibdir.

Daha ətraflı videodan izləyin:

Saglamolun.Az