Şahların yeməyi DOMBALAN - Ən bahalı göbələkdən RESEPT

Avropada trüfel kimi tanınan ən bahalı göbələk növü, bizdə isə onun bir növü olan dombalan mövsümü gəldi.

Bir vaxtlar şahların, kralların, şahların yediyi, elə indi oliqarx və zəngin insanların bahalı restoranlarda sifariş edib, bəh-bəhlə yediyi, faydası olduqca çox olan dombalan Azərbaycan torpağında da yetişir.

Mövsümündən asılı olaraq bazarlarda 20-30-50 manata satılan dombalanın dadını  çox az adam bilir. Daha çox Gəncə, Goranboy, Naxçıvan bölgələrində yetişən dombalan göbələyi immun sistemini yaxşılaşdırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir.

Özünəməxsus dadı olan göbələkdən resepti  təqdim edirik:

Ərzaqlar:

• 2-3 ədəd dombalan göbələyi

• 1 ədəd quru soğan

• 2 qaşıq kərə yağı

• 2-3 ədəd yumurta

• duz, istiot

• Zövqə görə keşniş, şüyüd.

Hazırlanma qaydası:

Əvvəlcə baş soğanı doğrayıb qızardırıq. Göbələyin qabığnı soyub nazik-nazik doğrayıb, soğanın üzərinə əlavə edirik. Göbələyi yumşalana qədər qovurur, sonra yumurta və göyərti əlavə olunur. Sonda duz və istiot səpirik.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...
Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...

 


Яндекс.Метрика