Dünyanı silkələyən ÇİN VİRUSUnun simptomları

Saglamolun.az bildirir ki, Rospotrebnadzor çin koronavirusunun simptomları haqqında məlumat yayıb.

Çin koronavirusu ölümlə nəticələnən ağır pnevmoniyanın inkişafına səbəb olur. Yeni çin koronavirusu artıq 3 nəfərin ölümünə səbəb olub, 40-a yaxın insan ağır vəziyətdədir.

Xəstəliyin ilk simptomları arasında:

- yüksək hərarət (90% xəstələrdə)

- quru öskürək (80% xəstələrdə)

- sinədə sıxılma hissi (20% xəstələrdə)

- təngənəfəslik (20% xəstələrdə)

- zəiflik, yorğunluq.

Xəstəlik inkişaf etdikcə xəstədə dispnoe (hava çatışmazlığı hissi) əmələ gəlir.

Çin koronavirusunun heç bir xüsusi müalicəsi yoxdur, müalicə simptomatik aparılır. Burada əsas məqsəd ağır fəsadların qarşısını almaqdır. Ən ağır fəsad nəfəsalmanın çatışmazlığıdır.

Saglamolun.Az