Загрузка...

Ayaqlarda şişkinliyin 5 təhlükəli səbəbi

Artıq mayenin toxumalarda yığılması ödem (şişkinlik) adlandırılır. Ayaqlarda ödemlər tam sağlam insanlarda da inkişaf edə bilər.

Bunun səbəbi çox isti hava, narahat dar ayaqqabı və ya paltar, uzun müddət ərzində ayaq üstə olmaq, həddən artıq miqdarda maye qəbul etmək və s. ola bilər. Hamiləlik də ayaqlarda ödemlərin inkişafına səbəb ola bilər.

Bu halda ödemlərin aradan qaldırılması üçün ayaqları yuxarı qaldırıb bir qədər uzanmaq, kontrast ayaq vannaları (isti və soyuq suyun növbələşməsi) qəbul etmək (suya dəniz duzu əlavə etmək yaxşıdır), ayaq massajı etmək kifayətdir. Nəticədə ödem yox olacaq. Lakin əgər ödemlər sizi tez-tez narahat edirsə, keçmirsə, mütləq həkimə müraciət edin. Belə ödemlər orqanizmdə olan hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Saglamolun.az sizə bu xəstəliklər və pozulmaların siyahısını təqdim edir:

- Varikoz xəstəliyi. Bu xəstəlik zamanı ayaqlarda venoz qanın axması pozulur və nəticədə damarlarda və kapilyarlarda təzyiq artır, burada durğunluq yaranır. Bu isə yığılmış mayenin kapilyarlardan ətrafda olan toxumalara çıxmasına və ödemlərə səbəb olur. Ödemlər bu xəstəliyin ilk əlamətləri kimi meydana çıxır. Əvvəl ödemlər cüzi olur, lakin xəstəlik inkişaf etdikcə ödemlər daha gözə çarpan olur, ayaqlarda kapilyar toru görünməyə başlayır.

- Ürək çatışmazlığı. Bu pozulma zamanı ürək öz "nasos" funksiyasının öhdəsindən tam gələ bilmir və nəticədə qan dövranı yavaşıyır və maye toxumalarda yığılmağa başlayır (ilk növbədə ayaqlarda). Belə ödemlər asta-asta, gizli inkişaf edir.

Ürək çatışmazlığı ilə bağlı olan ödemlər pozulmanın digər simptomları ilə müşayiət olunur: təngnəfəslik, taxikardiya, dərinin solğun olması, dodaqların göyərməsi və s.

- Böyrək xəstəlikləri. Bu xəstəliklər zamanı ödemlər üzdə, ayaqlarda müşahidə olunur. Ödemlər sürətlə inkişaf edir - bir neçə gün ərzində. Xəstəni ümumi zəiflik, baş ağrısı, bel ağrısı, sidiyin rənginin dəyişilməsi (sidikdə qan izləri ola bilər) kimi simptomlar narahat edir.

Belə ödemlər angina və ya kəskin respirator infeksiyadan sonra inkişaf edə bilər. Bu infeksiyanın ağırlaşmasıdır.

- "Fil" xəstəliyi. Bu xəstəlik zamanı limfanın dövranı pozulur ki, bu da zülal və su mübadiləsinin pozulmasına və limfa durğunluğuna səbəb olur. Bunun nəticəsində güclü ödemlər yaranır, xüsusilə ayaqlarda. Ayaqlar fil ayaqlarına oxşamağa başlayır.

- Qalxanvari vəzi fəaliyyətinin zəifləməsi (hipotireoz) zamanı da ödemlər mümkündür. Xəstəliyin digər simptomları - halsızlıq, yuxululuq, soyuğa davamsızlıq, bədən çəkisinin səbəbsiz artması, qəbizliyə meyillik və s.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика