Загрузка...

Ev şəraitində üzün dərin təmizləməsi

Dərimiz daim təzələnir. Hüceyrələr ölür və yeniləri ilə əvəz olunur.

Ölmüş hüceyrələr üz dərisinin üzərində yığılaraq dərinin normal nəfəsalmasını pozur ki, nəticədə dərinin rəngi pisləşir, dəri solğun görünür, tez qocalır. İstifadə etdiyimiz krem və maskalar belə çirklənmiş dəriyə yaxşı hopulmur və nəticədə dəriyə lazım olan kosmetik təsir etmir.

Üz dərisini ölmüş hüceyrələrdən, qara nöqtələrdən və s. çirklənmələrdən dərin təmizləmək üçün ev şəraitində bu kimi vasitələrdən istifadə etmək olar:

- Yulaf yarması (herkules) qatıqla qarışdırılır və təmiz üz dərisinə çəkilir. Daha sonra üz dərisini barmaqların ucları ilə massaj xəttləri üzrə 3-5 dəqiqə ərzində yüngül masaj etmək lazımdır. Sonra üzünüzü yuyun və istənilən nəmləndirici krem çəkin.

- 10%-li kalsium xloridi məhlulu (apteklərdə satılır) yarıbayarı təmiz su ilə qarışdırılır. Məhlulda steril pambıq diski isladılır və üz dərisinə dairəvi hərəkətlərlə çəkilir. Bunu bir neçə dəfə etmək lazımdır (diski isladırıq və üz dərisinə çəkirik). Daha sonra disk uşaq sabunu köpüyündə isladılır və üz dərisinə dairəvi hərəkətlərlə çəkilir. Dəridə ağ yumrular əmələ gəlməyə başlayacaq. Bütün hərəkətləri massaj xəttləri üzrə etmək lazımdır. Dəri bu proseduru normal qəbul edibsə, növbəti dəfə kalsium xloridi su ilə qarışdırmaq lazım deyil. Növbəti dəfə bu proseduru 1 həftədən sonra təkrar etmək olar. Bu prosedura Hollivud təmizlənmə üsulu deyilir.

- Qatıq 1/2 çay xırda duzla qarışdırılır və dairəvi hərəkətlərlə 3-5 dəqiqə ərzində barmaqların ucları ilə dəriyə çəkilir. Daha sonra üzünüzü yuyun və nəmləndirici krem çəkin.

Dəridə iltihab, yaralar və s. zədələnmələr varsa, dəri çox quru və həssasdırsa, bu vasitələrdən istifadə etmək olmaz.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика