Sevdiyiniz ayaqqabı bəzən ayağınızı sıxa bilər. Ayaqlarınıza dəydiyi zaman müəyyən yaralar da əmələ gəlməyə başlayır. Ayaqda meydana gələn yaralardan necə xilas olmaq olar?
Qolaltı dezodorantı – Yeni alınmış ayaqqbını geyinməzdən öncə ayaqlarınıza dezodorant vursanız ayaqqabı ayağınızda daha rahata hərəkət edər və ayağınızı vurmaz.
Ayaqqabının sıxması, sürtməsi səbəbindən yaranan yaraların qarşısını almaq və tez sağalması üçün bəzi üsulları qeyd edirik:
- aloe vera
- çay ağacı məhsulları
- dezodorant
- diş pastası
- alma sirkəsi
- qara çay
- yumurta
Meydana gələ biləcək ciddi problemlərin qarşısını almaq üçün ayaqqabının dəydiyi yerdə yaranan yara əvvəlcə ilıq su ilə yuyulmalıdır. Yaranın yeri quruduqdan sonra həmin nahiyə dəri losyonları ilə sarılmalıdır. Əgər şəxs bayırdadır və yenidən ayaqqabı geyinməsi lazımdırsa, qapalı sarğı üsulunu tətbiq etməlidir.Yaranın daha çox zədələnməsinin qarşısını almaq üçün və ciddi ölçü qazanmaması üçün rahat və yumşaq ayaqqabılara üstünlük verilməlidir.
Kokos yağı: Kokos yağı antiinflamatuar xassələri onu təbii məlhəm halına gətirir ki, bu da ayaqqabının vurduğu bölgəni tez müalicə edir. Bir çay qaşığı kofuranı bir az kokos yağı ilə qarışdırın. Qarışığı gündə iki dəfə zədələnmiş dəriyə yumşaq bir şəkildə tətbiq edin.
Aloe Vera: Aloe vera bitkisinin yarpağını kəsdikdən sonra çıxan gel yanma hissini və ağrıları aradan qaldırır, dərini nəmləndirir. Qıcıqlanmış nahiyənin tez sağalmasına kömək etməklə yanaşı, infeksiyanın da qarşısını alır.
Alma sirkəsi: Ayaqqabıya dəymə nəticəsində su toplayan nahiyəyə pambıq köməyi ilə çəksəniz, yara tez sağalacaq. Blisterin ətrafına yavaş-yavaş tətbiq edə bilərsiniz.
Sevinc Hüseynova
Saglamolun.Az