Bakıda faciə: 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılıb ölüb.

Trend.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib.

Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

 


Яндекс.Метрика