Zoğalın 20 müalicəvi xüsusiyyəti

Azərbaycan milli mətbəxində zoğaldan daha çox mürəbbə və kompot hazırlanır.

Zoğal həm də insan sağlamlığının qorunmasında çox təsirli vasitədir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, "Meyvələrlə müalicə (Pomoterapiya)" əsərinin müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində zoğal meyvəsinin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, zoğal mədəni halda nisbətən az, yabanı halda isə geniş ərazilərdə yayılmış meyvə bitkisidir. Xüsusilə də Böyük və Kiçik Qafqazın meşəliklərində bu bitki geniş yayılıb. Həyətyanı sahələrdə zoğalın iri meyvəli formaları daha çox becərilir. Meyvələri zəngin tərkibə malikdir.

Meyvələrdə şəkərlər (əsasən qlükoza və fruktoza), üzvi turşular (alma, limon, kəhrəba), pektin, dabbaq maddələri, azotlu birləşmələr və flavonoidlər, C vitamini, həmçinin P vitamini və A provitamini, efir yağları, fitonsidlər, dəmir, kalium, kalsium, maqnezium və kükürd duzları var. 100 qram meyvənin enerji dəyəri 44 kilokalori təşkil edir.

Zoğal çəyirdəyində 34 faizə qədər piyli yağlar, gövdə qabığında korin qlükozidi, dabbaq maddələri, alma və digər üzvi turşular, yarpaqlarında 7-17,6 faiz tanin, E və C vitaminləri var.

Alim qeyd edib ki, zoğalın meyvələrindən həm təzə, həm də emal olunmuş şəkildə istifadə olunur. Zoğal meyvəsindən hazırlanmış qax və lavaş milli xörəklərin hazırlanmasında və uzun müddət xarab olmadığından səyyahlar üçün sinqa xəstəliyinə (ağır damaq xəstəliyi) qarşı müalicə vasitəsi kimi istifadə edilir.

Zoğal çəyirdəyindən üyüdüldükdən sonra faydalı içki, yarpaqlarından gön aşılamada və həmçinin çay kimi istifadə edilir. Çiçəkləri bal arıları üçün yaxşı nektar mənbəyidir. Oduncağı möhkəm olduğundan ondan döymə, əsa, müxtəlif kənd təsərrüfatı alətləri üçün saplıq hazırlanır.

Müalicə vasitəsi kimi zoğalın meyvəsindən, çəyirdəyindən, yarpağından istifadə olunur.

Zoğal meyvələri pektinlə zəngin olduğundan o, orqanizmin metabolizm məhsullarından təmizlənməsini sürətləndirir, sidik turşundan azad edir.

Həmçinin zoğal hemoqlabinin səviyyəsini yüksəldir, kapilyarların və iri qan damarlarının divarlarını möhkəmləndirir, qan təzyiqini nizamlayır, beyində qan dövranını yaxşılaşdırır, damarlarda aterosklerotik zədələnmələrin baş verməsini əngəlləyir. Ona görə də zoğal meyvələrindən podaqra, qanazlığı zamanı, revmatizm və avitaminoz, pozulmuş maddələr mübadiləsinin bərpasında istifadə edilir.

Təzə meyvələrdən çəkilmiş şirə şəkərli diabet xəstəliyi zamanı sərinləşdirici və yanğı söndürücü vasitə kimi istifadə olunur.

Xalq təbabətində zoğal meyvələrindən hazırlanmış mürəbbə soyuqdəymə və zökəm xəstəlikləri, zoğal həlimindən qızdırma, ishal və qanlı ishal xəstəliklərinin müalicəsində tətbiq olunur.

Qovrulmuş çəyirdək unu dezinfeksiyası üçün yaralara çəkilir.

Qurudulmuş və təzə zoğal meyvələri angina, qızılca, skarlatin, raxit zamanı faydalı sayılır.

Yarpaqlardan dəmlənmiş çay ishal zamanı möhkəmləndirici vasitə kimi yararlıdır, uşaqlarda da istifadə oluna bilər.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика