Şəkərli diabet və xərçəngin əlaqəsi tapıldı

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların xərçəngin müəyyən növlərinə yoluxma riski daha yüksəkdir.

Araşdırmaçılar belə qənaətə gəlib. 400000 insan arasında aparılan sorğudan sonra bəlli olub ki, hər 100 diabet xəstəsi kişidən 16-ı, hər 100 qadından isə 17-si xərçəngdən əziyyət çəkir. "Reuters"in məlumatına görə, diabetdən əziyyət çəkməyən insanlar arasında bu rəqəm 7-10 arasında dəyişir.

Atlanta xəstəliklərə nəzarət mərkəzinin epidemeoloqu Çaoyan Linin sözlərinə görə, şəkər xəstəliyi olan qadınlar və kişilərdə xərçəngin müxtəlif növlərinə rast gəlinə bilər. Belə ki, kişilərdə daha çox bağırsaq, mədəaltı vəz, sidik kisəsi, prostat, qadınlarda isə süd vəzi, uşaqlıq, qan xərçəngi ola bilər.

Con Hopkins universitetinin professoru Fred Brankati də bənzər tədqiqat apardığını bildirib. Onun tədqiqatının nəticəsi isə belə olub - şəkərli diabetdən əziyyət çəkənlərin xərçəng xəstəliyi nəticəsində ölüm riski diabet olmayanlarla müqayisədə 40 faiz çoxdur.

Saglamolun.Az




loading...

HƏKİMLƏR

Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

 


Яндекс.Метрика