Bu ayda doğulanlarda ürək xəstəliklərindən ölüm riski ən aşağıdır

ABŞ alimləri çox maraqlı araşdırma aparıblar. Alimlər 1976-cı ildən başlayaraq 116 911 tibb bacısının sağlamlığına nəzarət edirdilər.

Araşdırmanın nəticələri bu ilin dekabr ayında The BMJ jurnalında dərc olunub. Bu müddət ərzində 40 mindən artıq qadın vəfat edib, onlar 8 mindən çoxu ürək-damar sistemi xəstəliklərindən ölüb.

Araşdırma nəticəsində məlum olub ki, yaz və yayda doğulanlarda ürək-damar sistemi xəstəliklərindən ölüm riski payız və qışda doğulanlarla müqayisədə daha yüksəkdir.

Ən aşağı risk isə dekabr ayında doğulanlarda qeyd olunub.

Saglamolun.az bildirir ki, mütəxəssislər bunları insanların ana bətnində olanda və uşaq vaxtlarında müxtəlif fəsillərdə qidalanma özəllikləri, gün şüalarının təsiri, havanın çirklənməsi ilə əlaqələndirirlər.

Araşdırmalar davam edəcək.  

Saglamolun.Az