Загрузка...

Uşaqlarda çəpgözlük

Uşaqlarda çəpgözlük həm irsi ola bilər, həm də anada çətin hamiləlik və ya çətin doğuş olduğu hallarda da baş verə bilər. Bu xəstəliyin səbəbi uşağın sinir sistemi xəstəlikləri, uşaq infeksion xəstəlikləri, həmçinin travmalar ola bilər.

Əksər hallarda uşaqlarda olan çəpgözlük onlarda olan digər göz xəstəliklərinin (adətən, anadangəlmə) əlaməti kimi təzahür edir. Bəzi hallarda uşaqlarda çəpgözlüyün səbəbi göz əzələlərinin inkişaf qüsurları da ola bilir.

Uşaqlarda çəpgözlük zamanı bir və ya hər iki göz kənar tərəfə (əksərən buruna tərəf) baxmış olur və ya sanki kənara tərəf “üzür”. Bu hal əksər hallarda südəmər uşaqlarda qeyd edilərək, adətən, 6 aylığına yaxın keçib gedir. Bəzi hallarda valideynlər gözlərin bəzi özünəməxsus yerləşməsini (məsələn, burunüstü nahiyəsi geniş olan uşaqlarda) və göz qapaqları arasındakı sahənin müəyyən formasını çəpgözlük kimi qəbul edirlər. Vaxt keçdikcə burunun forması dəyişir və yalançı çəpgözlük keçib gedir.

Uşağınızda çəpgözlük aşkar edən kimi, onu tez bir zamanda göz həkiminə göstərmək lazımdır. Diqqətsiz qalan bu çatışmazlıq sonradan görmə qabiliyyətinin kəskin şəkildə zəifləməsinə səbəb ola bilər.

Çəpgözlük hər hansı digər səbəbdən baş verdikdə isə əsas diqqət həmin səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Bəzi hallarda çəpgözlük uşağın sinir sistemindəki xəstəliklərin əlaməti də ola bilər. Buna görə də çəpgözlüyü olan uşaqları yalnız oftalmoloqa (göz həkimi) deyil, nevropatoloqa da göstərmək lazımdır. Çəpgözlüyün səbəbi nevroloji problem olarsa, həmin xəstəliyin müalicəsindən sonra çəpgözlük də keçib gedir.

Çəpgözlük ayrıca bir xəstəlik kimi (bu zaman gözün bir və ya bir neçə əzələsi zəif inkişaf etmiş olur) müəyyən edilmiş olarsa, onun cərrahi yolla aradan qaldırılması məsələsi də həll oluna bilər. Cərrahi əməliyyat lazım olmadığı hallarda, həkim nəzarəti altında xüsusi aparatda göz əzələləri üçün aparılan məşqlər və digər müalicə tədbirləri təyin edilir. Çəpgözlük zamanı uşağa həmcinin eynək taxılması da məsləhət görülür.

Çəpgözlüyün müalicəsi bəzən illərlə davam edə bilər. Bu zaman həm uşaq, həm də valideynlərdən böyük diqqət, zəhmət və dözümlülük tələb edilir.

Valideynlər bilməlidirlər ki, vaxtında müalicə olunmayan çəpgözlük, uşaqlarda daha ağır göz xəstəliyi hesab edilən ambliopiya xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər. Bu, kifayət qədər mürəkkəb xəstəlik hesab olunur. Bu zaman gözün biri (“tənbəl göz”) baş beyinin tərəfindən sanki görmə prosesindən xaric edilir. Bu, iki gözdən gələn müxtəlif informasiyaların beyin tərəfindən araşdırılmasının çox çətin olması səbəbindən baş verir. Bu zaman özünü qorumaq və işini asanlaşdırmaq məqsədi ilə beyin xəstə gözdən (“tənbəl göz”) gələn məlumatı qəbul etməkdən “imtina edir”. Hazırkı zamanda uşaqlarda olan ambliopiya xəstəliyi həkimlər tərəfindən effektiv şəkildə müvəffəqiyyətlə müalicə edilir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 gunel 14.01.2012 18:01
menimde oglumun 10 yasi var gozunun biri cepdi yeni o goz tenbeldi. Cox hekime aparmisiq emeliyyatda etdirmisik hec neyin xeyiri yoxdu.Eynekde taxir.3 ildirde Zerife goz klinikasina apaririq .HEkim ele bir derman var ancaq onu yazir deyir get .3 ildi ki, eyni dermeni atir hele men o usaqda irelileyiS gormemisem.ELe bil hekim adami basindan edir.
#2 elşad 12.03.2012 09:56
ətraflı məlumata görə sağ ol
#3 rayka 14.01.2013 16:29
menim qizimin 1yaw 5ayliqdi.6 ayindan sol gozu saga dogru qacir. mualice eletdrdim getdi. andi tazadan yene yaranib. gencede hekim ha yoxdu. bakiya gonderibler. gorek orda ne deyecekler
#4 aydan 1988 03.04.2013 12:43
menim qizimin her iki gozu qacirdi,aparata da gormesi normaliydi,goz hekimleri emeliyyat deyirdi,eve gelib o qeder agladim ki,yaxsi nevropotoloq tapdim,basini aparata saldirdi, allaha min sukur duzelib,bir az kekelemeyi qalib, o da insallah duzeler,allah her kesin qabagina yaxsi hekim cixarsin, usaqlarimiz saglam olsun. amin
#5 gunay 16.07.2013 12:12
Aydan xanim ne olar deyinde o hekim kimdir?usagin nece yasi vardi?ALLAH komek olsun sene.admistrato r xahis edirem meni bu xanimla calayin.

Загрузка...

HƏKİMLƏR

Bəxtiyar Hüseynov

Bəxtiyar Hüseynov

Urologiya

Uroloq-androloq, cərrah Əmək stajı - 10 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика