TAMAMİLƏ SAĞLAMDIR
ABŞ-da dünyaya gələn körpə, elm tarixində nadir rast gəlinən hadisə ilə yadda qalıb – bu körpə, 30 ildən artıq dondurulmuş vəziyyətdə saxlanılan embriondan doğulub.
Məlumata görə, embrion 1990-cı illərdə Linda adlı qadın tərəfindən dondurulub. O dövrdə Linda artıq bir övlad dünyaya gətirib, lakin süni mayalanma nəticəsində yaranan üç embrionu ehtiyatda saxlamaq qərarına gəlib. Sonradan Linda, sağlamlıq problemləri səbəbilə, ana olmaq imkanını itirib. Bununla belə, o, dondurulmuş embrionları başqa ailəyə övladlığa verib. Aradan 30 ildən çox vaxt keçdikdən sonra, bu embrionlardan biri yeni ailə tərəfindən qəbul edilib və qadının bədəninə uğurla köçürülüb. Nəticədə sağlam körpə dünyaya gəlib.
Bu hadisə, tibbin və reproduktiv texnologiyaların nə qədər inkişaf etdiyini bir daha sübut edir. Mütəxəssislər bildirirlər ki, bu, hazırkı dövrə qədər istifadə olunmuş "ən yaşlı" embrion ola bilər.
Saglamolun.Az