YENİ ARAŞDIRMA
Alimlər COVID-19-un yaddaş itkisinə necə səbəb olduğunu açıqlayıblar. Biz artıq koronavirusu unutmuşuq, amma bəlkə elə bu da, onun fəsadlarından biridir.
Kaliforniya Universitetinin mütəxəssislərinin araşdırması göstərib ki, SARS-CoV-2 virusu sürətlə beyinə nüfuz edə və hətta gənclərdə də Alzaymer xəstəliyinə bənzər neyrodegenerativ dəyişikliklərə səbəb ola bilər.
Eyni zamanda, insan orqanizmində bu prosesləri işə salan zülalları təcrid etməyə, həmçinin bu zülalları zərərsizləşdirə bilən dərman ixtira etməyə nail olublar.
Tədqiqatın müəllifləri bildiriblər ki, bu kəşf COVID-19 ilə əlaqəli nevroloji ağırlaşmalar üçün yeni müalicə vasitələrinin yaradılmasının açarı ola bilər.
Saglamolun.Az