SƏHİYYƏ NAZİRLİYİNİN ANALİTİK EKSPERTİZA MƏRKƏZİ
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bəzi özəl tibb müəssisələrində dövlət qeydiyyatından keçməyən və keyfiyyəti təsdiqlənməmiş preparatların – o cümlədən botoks, estetik fillerlər və mezopreparatların istifadəsi ilə bağlı ictimaiyyəti xəbərdar edib.
Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli, 345 nömrəli Qərarına əsasən, bütün dərman vasitələri və tibbi preparatlar, o cümlədən estetik inyeksiya preparatları yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçdikdən sonra ölkəyə idxal edilə və istifadə oluna bilər. Qeydiyyatdan keçməmiş preparatların ölkəyə gətirilməsi və istifadəsi qanunla qadağandır.
Səhiyyə Nazirliyi vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş preparatlardan istifadə edən klinikalara müraciət etməyi, övsiyə edir.
Vətəndaşlar aşağıdakı vasitələrlə qanunsuz fəaliyyətlərlə bağlı məlumat verə bilərlər:
• "Bir Pəncərə" sektoru
• Qaynar xətt: (012) 596 05 20
• E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
• Rəsmi sayt: www.pharma.az (bölmə: "Yazmaq")
Müraciətlər hüquqi əsasda araşdırılır və zərurət yarandıqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar aparılır.
Saglamolun.Az