Загрузка...

Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?

Soğan ən faydalı tərəvəzlərdən biri sayılır. Soğanın bir çox növləri var.

Bazarlarda ağ, sarı və qırmızı soğan satılır. Görəsən, bunlardan hansı ən faydalıdır?

Kanada alimlərinin araşdırmaları göstərib ki, bütün soğan növləri arasında qırmızı soğan ən faydalı xüsusiyyətlərə malikdir. Araşdırmanın nəticələri nüfuzlu Food Research International jurnalında dərc olunub.

Qırmızı soğanın tərkibində olan kversetin və antosian antioksidantlarının damarları möhkəmləndirmək və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq xüsusiyyətləri vardır.

Kversetin və antosian maddələri orqanizmdə gedən qocalma proseslərini ləngidir, sərbəst radikalların orqanizmə olan dağıdıcı təsirini azaldır, orqanizmi köhnə hüceyrələrdən təmizləyir.

Digər soğan növləri ilə müqayisədə qırmızı soğan daha güclü xərçəng əleyhinə təsirə malikdir.

Həmçinin qırmızı soğan insan immunitetini daha yaxşı stimullaşdırır.

Faydalı xüsusiyyətlərə görə ikinci yerdə sarı, 3-cü yerdə isə ağ soğandır. Ağ soğanın çox yumşaq və xoş dadı var ki, onu salatlara əlavə etmək yaxşıdır.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика