Bu şəxslərə zaqar almaq olmaz!

Yayda insanların əksəriyyəti dənizdə, çimərliklərdə dincəlməyə üstünlük verir. Son elmi araşdırmalar göstərib ki, gün ərzondə 15-30 dəqiqəlik günəş vannaları çox faydalıdır, immun sistemini möhkəmləndirir, insanın həyatını uzadır.

Lakin bu sağlam və müəyyən qaydalara riayət edən insanlara aiddir. Bəzi xəstəliklər zamanı günəş əksinə xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Zaqar lamaq bu kimi xəstəliklər zamanı əks göstəriş sayılır:

- hipertoniyanın ağır formaları. Günəş vannaları hipertonik krizin inkişafının riskini artırır.

- işemiya xəstəliyi. Günəş vannaları stenokardiya tutmasına və hətta infarkta səbəb ola bilər. Yüksək hərarət ürəyə düşən gərginliyi artırır və bu da pozulmaların riskini artırır.

- varikoz xəstəliyi

- istənilən qalxanvari vəzi xəstəlikləri. Xüsusilə bu hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə müşayiət olunan xəstəlik) zamanı vacibdir. Gün şüaları qalxanvari vəzinin fəaliyyətini artırır və bu da xəstəliyin ağırlaşmasına səbəb olur.

- şəkərli diabet

- nevroz, nevrasteniya, psixiki pozulmalar

- istənilən xoş və bədxassəli şişlər. Günün təsirindən şiş hüceyrələrinin inkişafı sürətlənə bilər.

- qadınlarda mioma, mastopatiya

- bəzi dəri xəstəlikləri (psoriaz, dəmrov, dəridə civzələr həddindən artıq çox olduqda və s.)

- göz xəstəlikləri (katarakta və s.).

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Gövhər Novruzova

Gövhər Novruzova

USM

Radioloq İş stajı – 3 il

Ətraflı...
Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика