Gözəl görünmək arzusu həyatının sonu oldu

Rusiyada 30 yaşlı Qalina Rakusina döşlərini böyütmək üçün əməliyyat etdirməyə qərar versə də, əməliyyatın nəticə barədə düşünməyib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə 2017-ci ilə baş verib.

Qadın həyat yoldaşından gizlin şəkildə yığdığı pul ilə tibb müəssisəsinə müraciət edib. Ancaq o əməliyyat zamanı narkoz verildiyi zaman komaya girərək vəziyyəti pisləşib. Həkimlərin səyləri ilə qadının dayanan ürəyi 3 dəqiqə sonra atmağa başlasa da, bu qadının həyatını qurtarmayıb.

Komaya düşən Qalina hadisədən 13 ay sonra dünyasını dəyişib.

Saglamolun.Az