Vətərləri bərpa etmək və oynaq ağrılarını aradan qaldırmaq üçün bu resept əladır.
Sağlamolun.az təqdim edir:
Tərkibi:
4 xörək qaşığı küncüt toxumu;
2 xörək qaşığı quru jelatin;
8 xörək qaşığı kətan toxumu;
200 qram bal;
40 qram balqabaq toxumu;
3 xörək qaşığı kişmiş.
Hazırlanma üsulu:
Toxumları seçin və təmizləyin.
Bütün inqrediyentləri blenderə qoyun və xəmir halına gələnə qədər üyüdün.
Pastanı qaba qoyun və soyuducuda saxlayın.
Səhər yeməyindən əvvəl və nahardan əvvəl bir xörək qaşığı qəbul edin.
Tezliklə siz təkcə dizlərinizdə olan ağrıların necə yox olduğunu hiss etməyəcəksiniz, həm də qığırdaq və vətərlərinizin necə gücləndiyini hiss edəcəksiniz. Bu təbii vasitə sağlamlığınız üçün son dərəcə faydalıdır, o, təkcə vətərin vəziyyətini deyil, həm də dərini, saçı və oynaqları yaxşılaşdıracaqdır.
Saglamolun.Az