Загрузка...

Zəif işıq beyin strukturunu dəyişdirə bilər

Uzun müddət zəif işıq altında vaxt keçirtmənin beynin strukturunu dəyişdirəcəyi və öyrənmək, yaddaşa zərər verə biləcəyi müəyyən edilib.

Azertag.az “sciencedaily.com” saytına istinadla xəbər verir ki, ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqları insanlar kimi gündüz hərəkət edib gecələr yatan Nil çöl siçanları üzərində araşdırma aparıblar. Belə ki, onlar siçanların bəzilərini bir ay boyunca zəif, digərlərini parlaq işığa məruz qoyublar.

Zəif işığın təsiri altında olan siçanların beyinlərindəki öyrənmə və yaddaşla bağlı hippokampus bölümündə təxminən 30 faizə yaxın enerji itkisi qeydə alınıb. Bundan əlavə, heyvanların məkanla bağlı vəzifələrini yetirərkən çətinlik çəkdiyi məlum olub. Parlaq işığa məruz qalan siçanlarda isə əksinə olaraq məkanla bağlı vəzifənin yerinə yetirilməsi zamanı irəliləyiş nəzərə çarpıb.

Uzun müddət zəif işıqda qalan siçanlar daha sonra 4 həftə ərzində parlaq işığın təsiri altında olublar. Son nəticədə isə onların beyin tutumlarının tamamilə yaxşılaşdığı müşahidə olunub.

Alimlər zəif işığın hippokampusda neyronların və sağlam əlaqələrin davamlılığına kömək edən peptidlərin azalmasına səbəb olduğunu söyləyiblər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Şərafət Allahverdiyeva

Şərafət Allahverdiyeva

Ginekologiya

Mama-ginekoloq, cərrah İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика