Müəyyən yaşdan sonra üzümüzdə qırışlar əmələ gəlir, üzümüz "sallanmağa" başlayır.
Bu qocalma əlamətlərlə mübarizə etmək üçün qadınlar adətən müxtəlif cavanlaşdıran krem və maskalardan istifadə edir. Lakin bu üsullar yalnız qocalmanın ilk mərhələlərində müəyyən kömək edə bilər. Heç bir hətta ən bahalı krem sallanmış dərini yerinə qaytarmayacaq və qırışları yox etməyəcək. Burada qadına müxtəlif müasir cavanlaşma prosedurları kömək edə bilər. Lakin heç bir kosmetik prosedurlardan istifadə etmədən ev şəraitində xüsusi üz masajının köməyi ilə dərini xeyli cavanlaşdırmaq mümkündür.
Saglamolun.az bildirir ki, bu videoda çox tanınmış yapon üz masajı təqdim olunur. Massajdan əvvəl əllərinizə kosmetik süd və ya cavanlaşdıran krem çəkin. Dərini bərk sıxmayın. Üz dərisi təmiz olmalıdır.
Soyuqdəymə, qripp, zökəm zamanı masaj etmək olmaz.
Effekt 2-3 həftədən sonra görünməlidir. Massaj hər gün etmək lazımdır. Nəticə əldə etdikdən sonra masajı həftədə 2-3 dəfə etmək olar.
Saglamolun.Az