Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir.

Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloji mәhlul damlatılaraq burun aspiratorları ilә tәmizlәnә bilir, 6 aydan böyük uşaqlarda isә dәniz suyu burun spreylәrindәn istifadә edilә bilir.

Qızdırmanın olub olmamasına nәzarәt edilmәlidir. Belә ki, hәr 2-3 saatdan bir bәdәn temperaturu ölçülmәlidir. Qızdırma varsa hәr saat başı belә ölçüm aparılmalıdır.

Әgәr bunları etmәnizә rәğmәn 2-3 gün әrzindә bir yaxşılaşma olmazsa, uşaqda davam edәn  qızdırma, yanaşı olaraq öskürәk, tәngәnәfәslik, halsızlıq, burun axıntısının sarımtıl-yaşıl rәngdә olması qeyd edilәrsә hәkimә müraciәt edilmәlidir.

Şəhla Mustafayeva
Pediatr, allerqoloq

 

 

.

Saglamolun.Az