Загрузка...

Evdə steril təmizliyin gözlənilməz təhlükəsi aşkarlandı

Uşaqlarda kəskin limfoblast leykozu əksər hallarda genetik meyl və ətrafın həddindən artıq steril olması ilə əlaqəli olur.

Oxu.Az xəbər verir ki, britaniyalı alimlərin elmi işinin nəticələri “MedicalXpress”də dərc olunub.

Tədqiqatçılar limfoblast leykozla bağlı onlarla elmi işin meta-analizini aparıb və belə bir nəticəyə gəlib ki, bu xəstəyilin formalaşması iki mərhələdə baş verir.

Əvvəl genetik mutasiya nəticəsində (beş faizli ehtimalla) embrionda bu xəstəliyə meyl yaranır.  Daha sonra hər hansı adi xəstəlik, məsələn soyuqdəymə kəskin limfoblast leykoza yol açır.

Elmi işin müəlliflərinə görə, ilk illərini steril şəraitdə keçirmiş, həmyaşıdları ilə təmasdan qaçınmış  və ictimai yerlərdə nadir hallarda olmuş uşaqlar bu xəstəliyə tutulmağa daha həssasdır.  

Körpələr evinə və uşaq bağçasına getmiş uşaqlarda isə əksinə limfoblast leykozuna tutulma riski əhəmiyyətli dərəcədə aşağı olub.

Alimlər sınaqları laboratoriya siçanları üzərində aparıb. Leykoza genetik meyli olan və steril şəraitdə böyüdülmüş gəmiricilər, adi şəraitdə böyüyən siçanlarla müqayisədə daha tez-tez xəstəliyə tutulub.

Tədqiqatın professoru Mel Qreyvs bu halı “irəliləyişin paradoksu” adlandırır. Onun sözlərinə görə, leykoza daha çox zəngin ailələrdə, uşaqların müxtəlif xəstəliklərlə az təmasda olduğu mühitdə rast gəlinir. Uşaqlar həmyaşıdları ilə az təmasda olduğundan onların immun sistemi  xəstəliklərə qarşı bir növ “hazırlıq kursundan” keçmiş olmur.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

SON YAZILAR

Яндекс.Метрика