1 yaşına qədər bütün uşaqlar... - Həkim məsləhəti

Göy öskürək yuxarı tənəffüs yollarının iltihabı, spazmatik öskürəklə müşayiət olunan kəskin infeksion xəstəlikdir.

Xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxur.

Sağlamolun.az xəbər verir ki, mövzu ilə bağlı STV xəbərə pediatr Səadət Əzimova müsahibə verib.

Pediatr bildirib ki, hər bir xəstələnmiş uşaq 25 gün ərzində təcrid olunmasa, digər uşaqları da yoluxdura bilər. Xüsusilə göy öskürək keçirməyən, peyvənd olmayan uşaqlar xəstə ilə ilkin təmasdan sonra 14 gün karantin rejimində qalmalıdır. 

Eyni zamanda mütləq diqqətdə saxlamaq lazımdır ki, 1 yaşına çatmış bütün uşaqlar göy öskürəyə qarşı peyvənd ounsun.

Saglamolun.Az