Limonun çəyirdəyi lətindən daha faydalı imiş

Limon çəyirdəyi unikal xüsusiyyətlərə malikdir və tərkibində ollan vitaminlərə, minerallara, efir yağlarına, proteinlərə, yağlara, təbii turşulara görə lətindən daha faydalıdır.

Faktxeber.com bildirir ki, alimlər uzun araşdırmalardan sonra bu qənaətə gəliblər.

Bundan əvvəl hesab olunurdu ki, sözügedən tumlarda zəhər var. Əslində həqiqətən belədir, ancaq bu zəhər insan üçün təhlükəsizdir, ancaq zərərli bakteriyaları məhv edir. Məlum olub ki, üyüdülmüş çəyirdəklər antibiotiklərin belə qarşısında gücsüz olduqları mikroorqanizmlərlə mübarizə apara bilir.

Limon çəyirdəkləri baş və ya oynaq ağrıları zamanı kömək edir. Bunun üçün  5-6 limon tumunun özünü, yaxud da 0,5 çay qaşığı tozunu 1 stəkan ilıq su ilə içmək lazımdır və 15 dəqiqə ərzində ağrılar sakitləşir.

Tumların tərkibindəki salisin turşusuna görə, bu vasitə diş ağrısında da faydalıdır.

Tərkibindəki efir yağları və aşılayıcı maddələrin sayəsində isə limon tumları toksinləri bədəndən çıxardır, qurdqovucu təsir edir.

Bədənin təmizlənməsi üçün  1 çimdik üyüdülmüş toxumu bir stəkan su ilə acqarına içmək lazımdır. Kurs ayda bir dəfə 7 gündən artıq olmamaqla həyata keçirilir. Bu müddət ərzində şirin, acı və yağlı qidalardan uzaq durmaq lazımdır. Arıqlamaq istəyənlər isə bu müddət ərzində bir xörək qaşığı limon şirəsi sıxılmış yarım stəkan suyu  yeməkdən əvvəl içə bilərlər.

Limon çəyirdəyi həmçinin sivilcə və irinli yaralardan qurtulmağa imkan verir. Bunun üçün  onun tozunu su ilə qarışdırıb iltihablı yaraların üzərinə qoymaq lazımdır. Bu prosedur  yara tam sağalana kimi davam edir.

Ancaq limon çəyirdəyini təmizlənməmiş formada qəbul etmək olmaz. Bu qəbizliyə və mədənin işinin dayanmasına səbəb ola bilər. Bundan başqa hamilələr, 12 yaşa qədər uşaqlar, alergiyalılar və bağırsaq problemi olanlara bundan istifadə məsləhət görülmür.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...

 


Яндекс.Метрика