Gecə tez-tez sidiyə gedirsinizsə... Təhlükəli səbəblər

Gecə yuxusu zamanı orqanizm dincəlir və bərpa olunur.

Saglamolun.az bildirir ki, bu böyrəklərə də aiddir ki, gecə yuxusu zamanı böyrəklərin fəaliyyəti azalır. Nəticədə sağlam insan gecə 8 saat ərzində sidiyə getməyə bilir. Mütəxəssislər qeyd edir ki, gecə saatlarında 1 dəfə sidiyə getmək norma sayıla bilər. Lakin insan gecə daim tez-tez sidiyə gedirsə, bu çox ciddi xəstəliklərə və pozulmalara işarə edə bilər.

Bu pozulmalar arasında:

  1. Şəkərli və şəkərsiz diabet
  2. Ürək xəstəlikləri, ürək çatışmazlığı
  3. Böyrək xəstəlikləri (sistit, uretrit, piyelonefrit, xroniki böyrək çatışmazlığı)
  4. Kişilərdə prostat vəzinin hipertrofiyası, prostat vəzinin şişləri
  5. Qadın cinsiyyət sisteminin xoş və bədxassəli şişləri

Beləliklə, gecə saatlarında daim 2 dəfə və bundan çox sidiyə gedirsinizsə, vaxt itirmədən həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt sizi digər mütəxəssislərin müayinələrinə göndərə bilər.

 

Saglamolun.Az